Azerfon MMC

770x432_az.png 1920x400_header_Aze.png

NaviMax GPS izləmə xidməti ilə yaxınlarının təhlükəsizliyini qoru!

NaviMax - tətbiqdə istifadəçilərin məkanını real vaxtda və oflayn rejimdə izləməyə imkan verən GPS izləmə xidmətidir.

  • Qoşulmaq üçün
    • App Store/Play Store-a keç və tətbiqi yüklə;
    • Ölkələr siyahısında Azərbaycan seçib, mobil telefon nömrəsini daxil et;
    • Qeydiyyatdan keç;
    • Abunəliyi aktivləşdirmək üçün mobil nömrəyə göndərilmiş OTP-ni (birdəfəlik şifrə) daxil et;
    • İcazələr səhifəsini aç (məkan, bildirişlər, kamera, kontaktlar). Yalnız GPS icazəsi məcburidir, digərləri isə seçimlidir.
  • Qeydlər
    • NaviMax xidmətinə aylıq abunəlik haqqı 1 AZN təşkil edir.
    • Əvvəlcədən ödənişli nömrələrdə abunə haqqı mobil balansdan tutulur. Sonradan ödənişli nömrələrdə abunə haqqı başqa üsullarla ödənilə bilər (Plastik kart, MilliÖn terminalları).
    • Xidmətə qoşulma pulsuzdur. Qoşulma günündən etibarən ilk 3 gün pulsuz istifadə müddətidir və bu yalnız yeni istifadəçilərə şamil edilir.
    • Pulsuz istifadə müddəti bitdikdə ödənişli abunəlik avtomatik olaraq aktivləşdirilir.
    • Xidmətin istifadə müddəti aylıq abunəlik haqqının ödənilməsi günündən etibarən 30 gün olaraq hesablanır.
    • Aylıq abunəliyin yenilənməsi prosesi sonuncu aylıq abunəlik haqqının ödәnildiyi tarixdәn etibarәn hər 30-cu gün hәyata keçirilir.
    • Xidmәtə abunәliyi dayandırmaq üçün STOP yazıb 3020 qısa nömrəsinə göndәr.
    • Xidmətə abunəliyi yenidən aktiv etmək üçün START yazıb 3020 qısa nömrəsinə göndər.
    • Xidmətə abunəliyin statusunu öyrənmək üçün STATUS yazıb 3020 qısa nömrəsinə göndər.
    • Xidmət haqqında ətraflı məlumat almaq üçün INFO yazıb 3020 qısa nömrəsinə göndər.
    • Ödәniş gözlәmə statusunda 60 tәqvim günü davam etdikdә, 61-ci gündә sistem avtomatik olaraq abunәliyi ləğv edir.
    • Abunəlik ödənişli müddət ərzində ləğv edilərsə, xidmət abunəlik müddətinin son (30-cu) gününədək aktiv qalır.