Korporativ Sosial Məsuliyyət və Sponsorluq

Sosial fəaliyyətimizlə insanlara həqiqi fayda verən perspektivli layihələr həyata keçirir, BMT Qlobal sazişinin bir üzvü kimi dayanıqlı inkişaf məqsədlərini əsas tutaraq cəmiyyətdə nəzərəçarpan və hərtərəfli dəyişikliklər yaradırıq.

Korporativ Sosial Məsuliyyət və sponsorluq strategiyamız

Fəaliyyət göstərdiyimiz cəmiyyətin ehtiyaclarını araşdırır və iqtisadi, sosial və ekoloji dayanıqlılıq arasında tarazlığı təmin etmək məqsədilə ölkə üçün mühüm əhəmiyyət kəsb edən sosial layihələrə müəlliflik edir, nəticəyönümlü, aktual, müsbət dəyişikliklərə gətirən layihələr həyata keçiririk. “Nar”ın uzunmüddətli KSM və sponsorluq layihələri üçün əsas istiqamətləri bunlardır:

  • Təhsil və inkişaf
  • Milli-mənəvi irs və vətənpərvərlik
  • Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası

Layihələrini “Nar” mobil operatoruna təqdim etmək istəyən təşkilatlar əlavə edilmiş faylı doldurmalı və onu sponsorships@azerfon.az elektron ünvanına göndərməlidirlər.

Bu keçid vasitəsiylə sponsoru olduğumuz layihələrlə tanış ola bilərsiniz.

Layihələrimiz
Daha çox
Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu
28.02.2024Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

“Nar” ADA Universiteti və “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” saytı tam yeniləndi. İlk elektron jest dili lüğəti, nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir.

Saytın yeni versiyasında 4000 sözün video tərcüməsi ilə yanaşı, gündəlik həyatda istifadə edilən 500 cümlə nümunəsi də təqdim edilib. İstifadəçilərin rahatlığını təmin etmək üçün “jestdili.az”ın interfeysi də təkmilləşdirilib. ADA universitetinin İnformasiya Texnologiyaları fakültəsinin tələbələri saytın müasir dizayn, yenilənmiş axtarış sistemi və bir çox digər funksiyalarla zənginləşməsini təmin ediblər.

Ətraflı
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
26.02.2024Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

“Nar” Azərbaycanın mobil rabitə sahəsinin peşəkarlar kadrlarının yetişdirilməsi məqsədilə, İT və rabitə ixtisasları üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Seçilən 10 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçəcək.

Ətraflı
“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib
23.02.2024“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

“Nar”-ın dəstəyi ilə "Şəkərbura Şou" intellektual oyununun fevral ayının finalı keçirilib. Mobil operator oyunun qaliblərini mükafatlandırıb.

2022-ci ildə start götürən "Şəkərbura Şou" layihəsi hər mövsüm öz biliklərini, intuisiya və komandada işləmək bacarığını sınamaq istəyən yüzlərlə oyunçunu bir araya gətirir. Oyunda ümumilikdə 27 komanda olmaqla, 200-ə yaxın oyunçu iştirak edib.

Ətraflı
Media ilə əlaqələr
Hörmətli jurnalistlər və bloqqerlər, media ilə bağlı sual və müraciətlərinizi göndərə bilərsiniz.
/media/uploads/icons/Icons_1_2TbP6Vs.svg
Bizə yazınmedia@azerfon.az
Loading...
Mövzu*
Media ilə əlaqələr
  • Media ilə əlaqələr
Loading...