Məxfilik Siyasəti üzrə Əsasnamə

"Azerfon" MMC (bundan sonra “Azerfon”, “bizi”, “biz” və ya “bizim” kimi adlandırılacaq) məxfiliyə, məlumatların qorunması üzrə tətbiq oluna bilən təbirlərə və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlara əməl etmək öhdəliyi götürür. Siz hər hansı şəxsi məlumatınızı açıqlamadan www.nar.az saytına (“Sayt”) daxil ola bilərsiniz.

Biz, saytımıza daxil olarkən Sizin məlumatlarınızı necə topladığımızı, istifadə etdiyimizi və qoruduğumuzu başa düşmənizə kömək etmək üçün bu Məxfilik Siyasəti üzrə Əsasnaməni hazırlamışıq. Biz Sizə əsaslandırılmış qərar verməyə kömək etmək istəyirik, ona görə xahiş edirik ki, vaxt ayırıb aşağıda verilmiş bölmələrlə tanış olasınız və Sizin şəxsi məlumatlarınızdan necə istifadə edə biləcəyimiz barədə öyrənəsiniz.

Bu Məxfilik Siyasəti üzrə Əsasnaməsinin məqsədləri üçün “Azerfon” sözü “Azerfon ” MMC hüquqi şəxs mənasını daşıyır.

Siz saytdan istifadə şərtləri ilə bağlı olaraq bu bildirişi oxumalısınız.

 

Şəxsi məlumatların toplanması

Biz Sizin şəxsi məlumatlarınızı yalnız sizin xəbəriniz olmaqla və razılığınızla toplamağa çalışırıq, və bu bir qayda olaraq, xidmətlərdən istifadə etdiyiniz, müştəri sorğuları göndərdiyiniz, məlumatlar və ya digər xidmətlər almaq üçün qeydiyyata düşdüyünüz və yaxud bizim suallarımıza cavab verdiyiniz zaman (məsələn, anketləri doldurduqda və ya sorğularda iştirak etdikdə) baş verir.

Bizim toplaya biləcəyimiz şəxsi məlumatların növlərinə bunlar daxil ola bilər, məsələn, Sizin adınız və poçt ünvanınız, doğum tarixiniz, cinsiniz, telefon və faks nömrəniz, elektron poçtunuzun ünvanı, habelə həyat tərziniz və qeydiyyatdan keçərkən və ya sorğu aparılarkən toplanmış istənilən digər məlumatlar. Əgər Siz bizə şəxsi məlumatlarınızı təqdim etmək qərarına gəldinizsə, bu məlumatlar onların toplanması zamanı bəyan edilmiş məqsədlər üçün və Sizin qeyd etdiyiniz istənilən xahiş nəzərə alınmaqla istifadə ediləcək.

Həmçinin sizin cihazınızın kamerasından və/və ya foto kitabxanasından şəkillər, avatarlar, fotoşəkillər və digər məlumatlar kimi əlavə məlumatları bizimlə paylaşmaq seçiminiz var.

Siz bizə məlumatlarınızı verdiyinizi qəbul edirsiniz və Sizin məlumatların bu Məxfilik Siyasəti üzrə Əsasnaməsinə uyğun olaraq emal edilməsinə razılığınızı bildirirsiniz.

 

Məlumat mübadiləsi

Azərbaycan qanunvericiliyinin tələblərinə cavab verdiyini, bizim prinsiplərimizə və şirkətimizin, habelə müştərilərimizin hüquq və təhlükəsizliyi şərtlərinə uyğun olduğunu hesab etdiyimiz zaman, biz Sizə şəxsi hesabınız və yuxarıda qeyd edilmiş digər şəxsi məlumatlar barədə informasiya veririk. Şirkətimizin hədəf proqramları çərçivəsində bu cür məlumatların verilməsi Azerfon-in məsuliyyət daşımadığı məlumatların bizim istifadəçilərə təqdim edilməsini nəzərdə tutur. Cinayət əməllərinin qarşısını almaq və ondan qorunmaq məqsədi ilə məlumatlar hüquq-mühafizə orqanlarına onların rəsmi yazılı sorğulara əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq müddəalarına dəqiq əməl edilməklə təqdim edilir.

 

İnformasiya təhlükəsizliyi

Nəzərinizə çatdırırıq ki, İnternet vasitəsilə yazışma, məsələn elektron poçtdan/internet poçtdan istifadə, şifrələnmiş olmadıqda etibarlı deyildir. Sizin məktublarınız ünvanına çatanadək bir neçə ölkədən keçə bilər – Dünya Şəbəkəsinin/İntranetin təbiəti belədir. Azerfon şəxsi məlumatlara öz nəzarətindən kənar olan hər hansı icazəsiz daxilolma və ya onun itirilməsinə görə məsuliyyət daşıya bilməz.

Biz şəxsi məlumatların toplanması, saxlanması və açıqlanması ilə bağlı fiziki, elektron və prosedur zəmanətləri veririk. Bizim təhlükəsizlik tədbirlərimiz onu nəzərdə tutur ki, şəxsi xarakter daşıyan məlumatı Sizə verməzdən əvvəl biz vaxtaşırı olaraq Sizin şəxsiyyətinizin müəyyən edilməsi prosedurunu həyata keçirə bilərik.

 

Məxfiliyin dəstəklənməsi

Bu Məxfilik Siyasəti üzrə Əsasnaməsinin istənilən vaxt və məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərdəki və şəxsi həyatın toxunulmazlığı haqqında qanunvericiliyində dəyişikliklərə cavab olaraq dəyişdirilməsi və ya yeniləndirilməsi hüququnu özündə saxlayır.

Əgər Azerfon-in məlumatların qorunması və məxfiliyə əməl edilməsi üzrə siyasəti və ya praktikası ilə bağlı suallarınız varsa, AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 106A ünvanına və sual@azerfon.az elektron ünvanına yazmanızı xahiş edirik.

www.nar.az saytına baxış zamanı kuki reklam faylları kompüterinizdə yerləşdiriləcək, beləliklə biz anlayacağıq ki, siz bizim hansı resurslarımız ilə maraqlanırsınız.

Bunun köməyi ilə bizim reklam tərəfdaşımız AdRoll sizə retargetinq reklamların digər saytlarda baxışlarını təmin etmək imkanı verir ki, bu da www.nar.az saytının əsasından alır.

Bizim tərəfdaşlar sizin adınızı, elektron ünvanınızı, poçt ünvanınızı və ya telefon nömrəniz kimi şəxsi məlumatları toplamır.

 

Siz bura daxil olmaqla AdRoll və onun tərəfdaşlarının reklamından bütünlüklə imtina edə bilərsiz.

Loading...