Xidmətlər
İstifadəçilər üçün
Yeni Nar istifadəçiləri üçün
eSIMBalansını artırKredit götürBalans köçürməRouminqNar+Səyyar Nar xidmətiTez-tez verilən suallarNömrənin sahibini öyrənNömrənin sahibini öyrən
İstifadə etdiyin nömrənin rəsmi olaraq kimin adına olduğunu və adında hansı nömrələr olduğunu öyrən
Adına olan nömrələrin təqdim edilməsi məqsədi ilə Nar satış və xidmət məntəqələrinə də müraciət edə bilərsən:
- Xidmət haqqı 5 AZN təşkil edir. Siyahının ünvana çatdırılması lazım olursa, əlavə olaraq 5 AZN çatdırılma haqqı tutulacaq.
- Məlumat 7 iş günü ərzində hazır olur və 3 aydan gec olmayaraq məlumatı aşağıdakı vasitələrdən biri ilə əldə edə bilərsən:
- Xidmət mərkəzinə yaxınlaşaraq, rəsmi möhürlü və imzalı cavab məktubu şəklində;
- Elektron poçt vasitəsilə;
- Nömrələrin sayı 10-dan az olduqda, nömrəyə SMS şəklində göndərilə bilər (nömrələrin sayı 10-dan çox olduqda isə, abunəçi tərəfindən seçilən digər vasitələrdən biri ilə təqdim olunur).
- Ünvana çatdırıla bilər (abunəçi xidmət mərkəzində həm xidmət haqqını, həm də çatdırılmanın qiymətini ödəməlidir).
Qeydlər
- Xidmətdən gün ərzində istənilən qədər istifadə etmək mümkündür.
- Xidmətdən həm öncədən ödənişli, həm də sonradan ödənişli nömrələrdə istifadə etmək olar.
- Əgər isitfadə etdiyin nömrə başqa bir adamın adına qeydiyyatdadırsa, o zaman həmin şəxslə birlikdə Nar Satış və xidmət mərkəzinə yaxınlaşıb, nömrəni öz adına keçirə bilərsən.
- Əgər cavab SMS-ində məlumat natamam təqdim olunubsa, o zaman şəxsiyyət vəsiqən ilə birlikdə Satış və xidmət mərkəzinə yaxınlaşıb, dolğun məlumat ala bilərsən.