Zənglərinizin keyfiyyətini artıran, aydın səslənmə xidməti artıq sənin smartfonunda!
Zənglərdə daha aydın səslənmə və anında bağlantıdan zövq almaq üçün VoLTE (Voice over LTE) xidmətimizdən faydalan. VoLTE 4G şəbəkəsində olan bütün Nar abunəçələri üçün əlçatandır və zənglərin qiymətinə təsir etmir, xidmət tam pulsuzdur.
VoLTE-nin üstünlükləri
- Yüksək keyfiyyətli səslənmə və aydın ünsiyyət
Telefon danışığınız zamanı qarşı tərəfi zəif eşitmək, arxa fondakı səs-küy və s. narahatlığı artıq bitdi. Təmiz, aydın, kəsintisiz rabitə dövrü başladı.
- Yüksək bağlantı sürəti
VoLTE sayəsində ən qısa müddətdə zəng bağlantısı qurulur.
- Zəng zamanı fasiləsiz internet
VoLTE ilə zəngdə eyni zamanda internetdə öz işinizi davam etdirə, paralel mesaj göndərə və s. bilərsiniz.
- Daha uzun batareya ömrü
VoLTE-nin yüksək texnologiyası sayəsində uzun müddətli zənglər zamanı smartfonunuzun şarjı minimum səviyyədə azalacaq.
İstifadə etməzdən əvvəl aşağıdakı meyarları yoxla:
- Smartfonun VoLTE-ni dəstəkləyir (məlumat üçün 777-yə zəng et)
- 4G şəbəkəsinə qoşulmusan
- SIM kartın 4G-ni dəstəkləyir
- 4G və VoLTE smartfonun tənzimləmələrində aktiv edilib
Aktivasiya proseduru çox sadə və sürətlidir:
- Xidməti aktivləşdir: xidməti aktivləşdirmək üçün və ya xidmətin statusunu yoxlamaq üçün *704#YES yığ
- iPhone-da VoLTE-yə icazə ver: Tənzimləmələr > Şəbəkə > Şəbəkə tənzimləmələri > Səs və Şəbəkə, VoLTE-ni aktivləşdir
- Android-də VoLTE-yə icazə ver: Tənzimləmələr > Bağlantı > Mobil şəbəkə, VoLTE-ni aktivləşdir
- Aktivasiyanı Təsdiqlə: Android sistemi ekranda yuxarı hissədə olan HD/VoLTE nişanını, iOS sistemlərdə isə Mobil Data məlumatlarını yoxla.
Faydalı USSD kodları
- Xidmətin aktivləşdirilməsi və statusun yoxlanılması: *704#YES yığ
- Xidmətin deaktiv edilməsi: *704#0#YES yığ
- Xidmət haqqında məlumat almaq üçün: *704#1#YES yığ
VoLTE ən qabaqcıl səs texnologiyasıdır, onun sayəsində zəng zamanı İnternetə qoşulma kəsilmir, səslər maksimum aydınlıqla ötürülür və səsli zənglər zamanı ani əlaqə yaranır
VoLTE yüksək texnoloji üstünlüyü sayəsində istifadəçiləri daha təmiz səs və daha aydın arxa fon səsi ilə təmin edir. O, ənənəvi səslə müqayisədə spektrdən daha səmərəli istifadəni təklif edir, daha zəngin və daha etibarlı xidmətlərə artan tələbatı ödəyir və bir şəbəkədə səsin, digərində isə internetin eyni anda idarə olunması özəlliyini təqdim edir.
VoLTE-dən istifadə etmək üçün smartfonunuzun VoLTE-ni dəstəklədiyinə, 4G əhatə dairəsində olduğunuza, SİM kartınızın 4G-ni dəstəklədiyinə və smartfon parametrlərində 4G və VoLTE-nin aktiv olduğundan əmin olun. Android istifadəçiləri üçün HD/VoLTE işarəsi ekranın yuxarı zolağında göstəriləcək. iOS istifadəçiləri üçün heç bir vizual dəyişiklik yoxdur, lakin onlar VoLTE statusunu mobil data altındakı parametrlər vasitəsilə yoxlaya bilərlər.
Android istifadəçiləri üçün HD/VoLTE işarəsi ekranın yuxarı zolağında göstəriləcək. Əlavə olaraq, *704#YES kodunu yığıb xidmətin statusunu yoxlaya bilərsən.
VoLTE xidməti tamamilə pulsuzdur.
Xeyr, mövcud tarif paketi VoLTE xidmətini dəstəkləyəcək.
Xeyr. Normal zənglər zamanı necə idisə, eyni qaydada hesablanacaq.
İstər şəbəkədaxili, istərsə də şəbəkəxarici zənglərdə xidmətdən istifadə etmək üçün hər iki smartfon VoLTE-ni dəstəkləməlidir.