banner background

Balansını artır

Ödəniş etmək üçün özünə ən rahat olanı seç, istənilən zaman, istənilən yerdə balansını artır!
Balansını artır
Poçt şöbələrində ödə

"Azərpoçt MMC"-nin bütün poçt şöbələrində öz nömrənin balanslarını artıra bilərsən.

Nar mərkəzlərində ödə

Bunun üçün telefon nömrəsini və ya şəxsi hesab nömrəsini, eləcə də ödəniləcək məbləği təqdim etmək kifayətdir. Ödəniş uğurla başa çatdıqdan sonra sənə qəbz təqdim olunur. Bu qəbzi ödənişin təsdiq SMS-i təqdim olunana qədər saxlamaq lazımdır.

Banklarda ödə

Ödənişlər nəğd pul ilə qəbul olunur. Pul ödənildikdən sonra qısa zaman ərzində məbləğ hesaba yükləniləcək. Ödəniş həyata keçdikdən sonra nömrəyə SMS bildirişi daxil olacaq. Bütün Nar abunəçiləri ödənişi bank vasitəsi ilə həyatə keçirə bilərlər.

Ödəmə terminallarında ödə

ExpressPay, MilliÖn və eManat ödəmə köşkləri vasitəsilə ödənişi həyata keçirmək mümkündür. Bunun üçün ödəmə köşkünün mobil xidmətlər bölməsinə daxil olub “Nar” seçmək, Nar nömrəsini daxil edib, lazımi miqdarda əskinaz yükləmək kifayətdir. Ödəniş həyata keçdikdə, nömrəyə SMS bildirişi daxil olur.

Terminallarda ödəniş limiti aşağıdakı kimidir: 

  • ExpressPay: 1 AZN - 500 AZN
  • eManat: 1 AZN - 800 AZN
  • MilliÖn: 1 AZN - 1000 AZN

 

Nar kartla ödə

Kartı al, şifrəni yığ, balansını artır!

2, 5, 10, 20 və ya 50 AZN məbləğındə olan Nar ödəmə kartlarını istənilən Nar mərkəzindən və ya digər ticarət məntəqələrindən ala və şifrəni yığmaqla balansını asanlıqla artıra bilərsən.

Öz balansını artırmaq üçün:

  • *777#11# {Nar Kartın şifrəsi}#YES yığ.

Digər Nar abunəçisinin balansını artırmaq üçün:

  •  *777#11#70/77{Abunəçinin telefon nömrəsi} # {Nar Kartın şifrəsi} #YES yığ.
  •  Nar kart Nar+ tətbiqi vasitəsilə yülkənə bilər.

Qeyd:

Yükləmə kartının şifrəsi 6 dəfə yanlış daxil edilərsə, yükləmə xidmətləri bağlanacaq.

Onlayn ödə
Ödəmə sistemi Ödəniləcək məbləğ (AZN)
Minimum Maksimum
1 250
1 250
1 200
1 250
1 250
1 250
1 250

 

Öncədən ödənişli nömrələrin istifadə müddəti

• Tarifin abunə haqqı ödənilmədikdə və ya balansdakı məbləğin istifadə müddəti başa çatdıqda, nömrə yalnız daxil olan zənglər və SMS üçün açıq qalır. Çıxan zənglər, SMS və internet istifadəsi isə bağlanır;

• Əgər 90 gün ərzində tarifin abunə haqqı ödənilməzsə və ya balans artırılmazsa, nömrə ikitərəfli bağlanır. Bu zaman həm çıxan, həm daxil olan zənglər, SMS və internet istifadəsi bağlanır;

• Nömrə ikitərəfli bağlandıqdan sonra 90 gün ərzində balans artırılmaqla və tarifin abunə haqqı ödənilməklə yenidən aktivləşdirilə bilər;

• 90 günlük bu əlavə müddət ərzində də tarifin abunə haqqı ödənilməzsə və ya balans artırılmazsa, nömrə avtomatik olaraq ləğv edilir və balansda olan məbləğ silinir.

Loading...