Nar MiFi
Nar MiFi cihazını quraşdirmaq olduqca asandır:
1. SIM kartı və batareyanı daxil et
2. Ehtiyac varsa cihazı enerji mənbəyinə qoş
3. Cihazı işə sal
4. Wi-Fi- a birinci dəfə qoşulmaq üçün cihazın qapağının arxa hissəsində yerləşən Wi-Fi adını (SSID) və şifrəni daxil edin.
5. İnternetə qoşul
http://192.168.8.1 və ya http://192.168.9.1 keçid linki vasitəsi ilə web idarəetmə səhifəsinə daxil olub ayarları dəyişə və 9 cihazadək Wi-Fi paylama funksiyasını aktivləşdirə bilərsən. Standart istifadəçi adı: admin; həmçinin şifrə: admin
Həmçinin qeyd olunmuş keçid linki vasitəsi ilə istifadəçi adı və şifrəni dəyişmək olar.
- Nar MiFi Nar 3G və 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə sürətli internetdən tam şəkildə istifadə etməyə imkan verir.
- Paketdaxili internet üçün hesablama intervalı 40 KB təşkil edir
- Econtrol.nar.az vasitəsi ilə balansı artıra və internet paketi ala bilərsən
- Paketin istifadə müddəti 30 gündür, lakin internet trafikiniz bitdikdə econtrol.nar.az vasitəsi ilə paketini yeniləyə bilərsən, yəni 6 ay əvəzinə 6 ədəd pulsuz 30 GB-lıq internet paketindən yararlana bilərsən.
- 6 ay istifadə müddəti bitdikdən sonra internet paketini econtrol.nar.az vasitəsi ilə ala bilərsən
- Hesablanma: 1 GB = 1000 MB
Paketin adı |
Cihazın qiyməti |
İnternet paketinin qiyməti* |
Daxil olan trafik |
İstifadə müddəti |
---|---|---|---|---|
Nar MiFi | 120 AZN | 20 AZN | 30 GB | 30 gün |
*6 aylıq 30 GB hədiyyə internet paketi bitdikdən sonra internet paketi üçün ödədiyin məbləğ
*Nar MiFi cihazının satışı müvəqqəti olaraq dayandırılmışdır
Nar MiFi ilə sən olduğun yerdən asılı olmayaraq hər zaman onlayn olacaq və İnternetini dostların və yaxınlarınla paylaşa biləcəksən. Nar MiFi cihazının kiçik ölçüləri və yüngüllüyü sənə onu asanlıqla istədiyin yerə özünlə aparmağa imkan verir
Nar MiFi cihazını al, Nar Data nömrə və 6 aylıq 30 GB internet paketi hədiyyə əldə et