Azerfon MMC

770x432_3.png 1920x400_7.png

Sən harada, internet orada!

Yeni mənzilə və ya ofisə köçürsən?
Şəhərkənarı evdə istirahət etmək istəyirsən?

Evində ənənəvi internetə qoşulmaq imkanı yoxdur və sürətli internet istəyirsən?

Wi-Fi ruteri özünlə götür və enerji mənbəyini tap!


Nar Wi-Fi Nar 4G (LTE) şəbəkəsinin əhatə etdiyi hər yerdə sürətli internetdən tam şəkildə istifadə etməyə imkan verir.

  • Qiymət

    Sənə lazım olacaq miqdarda internet və tarifi seç:

    Paketlər Paketin həcmi Paketin qiyməti
    Nar Wi-Fi 20

    20 GB 20 AZN

    Nar Wi-Fi 40 50 GB 40 AZN

    Nar Wi-Fi ruterinin qiyməti 99 AZN təşkil edir.

    Nar Wi-Fi paketlərinin istifadə müddəti ərzində internet bitdikdə 8 AZN-ə əlavə 5 GB internet əldə etmək mümkündür. Əlavə internet paketləri bir neçə dəfə sifariş oluna bilər. Bonuslar toplanır. Əlavə internet paketlərinin istifadə müddəti 1 aydır, lakin Nar Wi-Fi paketinin aylıq abunə haqqı ödənilmədikdə Nar Wi-Fi əlavə internet paketinin istifadəsi də dayandırılacaq.

  • İstifadə üstünlükləri

    Quraşdırılma çox asandır!

    Sadəcə Nar Wi-Fi-ı enerji mənbəyinə qoş və aktivləşdirilmə cəmi bir neçə dəqiqə çəkəcək.

    Əlçatan və sürətlidir!

    Xidmətlərin dəyəri ADSL ilə müqayisə oluna bilər, lakin internetin sürəti əhəmiyyətli dərəcədə yüksəkdir.

    Özünlə götür!

    Nar Wi-Fi olduqca mobildir: indi Nar 4G (LTE) şəbəkəsinin əhatə etdiyi hər yerdə internet səninlə olacaq.

  • Hesabın idarə olunması

    Nar+ tətbiqi və Hesabım vasitəsilə cari hesab balansını, paket statusunu yoxlaya, balansı artıra və Nar Wi-Fi paketlərini ala bilərsən. Hesabım-a yalnız ruterin WiFi–nı istifadə etməklə daxil olmaq lazımdır.

  • Quraşdırılma

    Nar Wi-Fi cihazını quraşdırmaq üçün sadəcə bir neçə dəqiqə kifayətdir.
     

    Müvafiq tarifli SIM kartın ruterə daxil etdikdən sonra:

    • Qurğunu enerji mənbəyinə qoş və o,  avtomatik olaraq  işə düşəcək.
    • Şəbəkə indikatorunun  mavi rəngdə olmağını, Wi-Fi  və Siqnal gücü indikatorlarının yanmağını gözlə
    • Wi-Fi-ya qoşulmaq üçün istifadə etdiyin qurğuda Nar Wi-Fi ruterinin alt hissəsində qeyd olunmuş Wi-Fi adını (SSİD) seç
    • Nar Wi-Fi ruterinin alt hissəsində qeyd olunmuş şifrəni (WiFi Key) daxil et.
  • Qeydlər
    • Wi-Fi adını (SSID) və şifrəni dəyişmək üçün ruterin Wi-Fi – nı istifadə etməklə http://192.168.8.1/ keçid linkinə daxil ol. İstifadəçi adı: admin və şifrə: admin.
    • Nar Wi-Fi ruterinin quraşdırma, kökləmə və istifadəsi haqqında daha ətraflı məlumatı istehsalçının təlimatında  və ya www.nar.az saytında tapa bilərsən. Eyni zamanda Nar nömrələrindən 777-yə, digər nömrələrdən isə 012 444 0 777 nömrəsinə zəng edə bilərsən 
    • Hesablanma: 1 GB = 1000 MB, interval 40 kb-dır.
  • 10.09.2019 tarixinədək qoşulan istifadəçilər üçün yeni şərtlər

    10.09.2019 tarixinədək qoşulan istifadəçilər Nar Wi-Fi paketlərindən yenilənmiş şərtlərlə istifadə edəcəklər. Qeyd edək ki, təqdim olunan paketlərdə 4G (LTE) internetindən maksimal sürətlə yararlanmaq mümkün olacaq.

    Paketlər Paketin həcmi Qiymət
    Nar Wi-Fi 20

    40 GB

    20 AZN

    Nar Wi-Fi 40 80 GB 40 AZN

    Endirimli Nar Wi-Fi 20 paketini 10 AZN-ə əldə etmiş istifadəçilər üçün də yuxarıdakı tənzimləmələr aparılacaqdır.

    Nar Wi-Fi paketinin müqavilə müddəti ərzində aylıq internet bitdikdə 20 AZN-ə əlavə 20 GB internet, 40 AZN-ə isə əlavə 60 GB sifariş etmək olar. Həmin əlavə internet paketləri ay ərzində bir neçə dəfə sifariş oluna bilər. Bonuslar toplanır. Əlavə internet paketlərinin istifadə müddəti 1 aydır, lakin Nar Wi-Fi paketinin aylıq abunə haqqı ödənilmədikdə Nar Wi-Fi əlavə internet paketinin istifadəsi də dayandırılacaq.

    3 və ya 6 aylıq müqavilə müddəti yekunlaşandan sonra isə Nar Wi-Fi paketinin istifadəçiləri internet bitdikdə əlavə internet paketlərini sifariş edə bilməzlər, lakin cari paketlərini yeniləyə və ya digər Nar Wi-Fi paketini əldə edə bilərlər. 1 ay bitdikdən sonra balansda kifayət qədər məbləğ olduğu halda son sifariş olunan paket avtomatik olaraq yenilənəcək.

Qoşulmaq üçün:

Seçdiyin tarifə qoşulmaq üçün Nar mərkəzinə müraciət et