Dinlet
Dinlet

Zəng edənə musiqi Dinlət

 Sənə zəng edənləri sevdiyin mahnı ilə qarşıla!

“Dinlət” xidməti abunəçiyə zəng edilən zaman eşidilən adi gözləmə siqnalını məşhur melodiyalar, zarafatlar və ifadələrlə əvəz etmək imkanı verir.

Bu xidmət bütün Nar abunəçiləri üçün nəzərdə tutulub.

                                                       

Xidmətə qoşulma qiyməti:

  • “Dinlət” xidmətindən gündəlik istifadə haqqı 0.05 AZN təşkil edir. İlkin uğurlu qoşulma zamanı gözləmə siqnalı standart olaraq Üzeyir Hacıbəyovun “Arazbarı” əsərinin melodiyası ilə əvəzlənir.
  • Yeni melodiyanın qiyməti 0.5 AZN təşkil edir və birdəfəlik olmaqla limitsiz müddətə alınır.
  • Melodiyalar idarə olunması “Dinlət” xidmətinin səsli menyusundan mümkündür, bunun üçün sadəcə 444 qısa nömrəsinə zəng etmək kifayətdir. 444 səsli menyusundan istifadə pulsuzdur.

“Dinlət” xidmətinə qoşulmaq üçün:

  •  444 qısa nömrəsinə zəng etmək;
  •  *444#YES kodunu telefonun ekranında yığmaq;
  •  promo ilə əldə olunmuş melodiya kodunu 444 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Xidməti dayandırma üsulları:

  • Bunun üçün STOPRT+ yazaraq 444 qısa nömrəsinə SMS göndərmək kifayətdir.
  • (“Dinlət” xidmətindən imtina etdikdə, haqqında olan məlumat və aldığın melodiya sistemdə qalacaq və sən xidmətə yenidən qoşulduqda onlardan yararlana biləcəksən)

Melodiyanı necə sifariş etmək olar?

  • 444 qısa nömrəsinə zəng edərək bəyəndiyin melodiyanı müvafiq kateqoriyadan seçmək;
  • Promo ilə alınmış melodiya kodunu telefonun ekranında yığmaq.

Melodiyaların silinməsi və idarə olunması:

  • Melodiyaları 444 səsli menyusundan silmək və idarə etmək mümkündür.

Köçürülmə:

  • Melodiyaların köçürülməsi funksiyası sənə zəng etdiyin abunəçinin gözləmə siqnalı əvəzinə qoyduğu melodiyanı köçürmək və bu melodiya ilə öz gözləmə siqnalını əvəzləmək imkanı verir. İndi dostlarına zəng edərkən eşitdiyin melodiyalar sənin nömrəndə də səslənəcək!
  • Zəng etdiyin abunəçinin melodiyasını köçürmək üçün gözləmə siqnalı gedərkən *(bir ulduz) düyməsini sıxmağın kifayətdir.
  • Bundan sonra siz “Dinlət” xidmətinə qoşulacaqsınız və köçürdüyünüz melodiya sizin gözləmə siqnalınızı əvəz edəcək.
Ən çox baxılanlar
  • Nömrəni gizli saxla

    Nömrəni gizli saxla

    Zəng etdiyin şəxsdən nömrəni gizlət!

    Ətraflı
  • Konfrans Zəng

    Konfrans Zəng

    Bir zəng zamanı bir neçə şəxslə danış!

    Ətraflı
  • Buraxdığın zəngləri gör

    Buraxdığın zəngləri gör

    Telefonun sönülü olduqda və ya zəng çatmadıqda kimlərin zəng etdiyini öyrən!

    Ətraflı
  • Mənə zəng et

    Mənə zəng et

    Balansın yoxdursa, dostuna de, zəng etsin!

    Ətraflı