Azerfon MMC

repor_az_mob.png report_az.png

2021-ci üzrə dayanıqlılıq hesabatında, “Nar”ın müştəri yönümlü biznes strategiyasının tərkibi olaraq fərqli istiqamətlərdə göstərdiyi fəaliyyəti təsvir olunur. Hesabatda əməkdaşlarla, müştərilərlə, müxtəlif qurumlarla və digər maraqlı tərəflərlə qarşılıqlı etibara əsaslanan biznes münasibəti öz əksini tapıb. Hesabat “Nar”ın 2021-ci ildə fəaliyyəti barədə detallı məlumatı əldə etmək istəyənlər üçün rəsmi mənbə kimi istifadə edilə bilər.

Şəffaflığın və qərəzsizliyin təmin edilməsi məqsədilə, hesabatın hazırlanması “Nar”la əlaqəli olmayan üçüncü tərəfə həvalə edilib. Hesabat hazırlanarkən BMT Qlobal Sazişinin Prinsipləri, BMT-nin 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyi və Sosial Məsuliyyətlərə dair ISO Təlimatı əsas götürülüb

 2021

2020-ci il üzrə dayanıqlılıq hesabatında, “Nar”ın korporativ vətəndaş olaraq məsuliyyətli fəaliyyəti, əməkdaşların və müştərilərin uzunmüddətli inkişaf imkanlarından maksimum dərəcədə faydalanmasında şirkətin rolu və iş fəaliyyəti zaman üzə çıxan çətinliklərin aradan qaldırmasının müxtəlif yolları təsvir edilir. Qərəzsiz və şəffaf tərtib edilməsi məqsədilə hesabatın hazırlanması “Nar”dan asılı olmayan, müstəqil şirkətə həvalə edilib. Hesabat hazırlanarkən BMT Qlobal Sazişinin Prinsipləri, BMT-nin 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyi və Sosial Məsuliyyətlərə dair ISO Təlimatı əsas götürülüb.

2020

2019-cu il üzrə Dayanıqlılıq Hesabatında biz məsuliyyətli biznes praktikası və davamlı inkişaf sahəsində fəaliyyətlərimizin mühüm sosial istiqamətlərindən daha ətraflı şəkildə bəhs edirik. Bu hesabatın müddəti 2019-cu il 1 yanvar-31 dekabr tarixləri arasındakı dövrü əhatə edir, lakin bu, bizim ilk hesabatımız olduğu üçün yarandığımız tarixdən etibarən bütün əlamətdar hadisələri işıqlandırmağa çalışmışıq.  

2019