Daxil olan zəngə cavab verə bilməyəndə, sən onu "Səsli mesaj"a yönləndirə bilərsən.

  • Əgər zəng edən abunəçi gizli nömrə xidmətindən istifadə edirsə və ya beynəlxalq xətdən zəng edirsə, mesaja qulaq asarkən abunəçinin telefon nömrəsi haqqında məlumat verilməyə bilər.
  • Səsli mesajın uzunluğu 60 saniyəyə qədər ola bilər və bu mesajlara 24 saat ərzində qulaq asmaq mümkündür.
Qoşulma

Xidməti aktiv etmək üçün:

  • +vmail yaz, 777-yə SMS göndər.

Xidməti ləğv etmək üçün:

  • -vmail yaz, 777-yə SMS göndər.
İstifadə qaydası

Səsli mesajdan istifadə etmək üçün ilk öncə zəngləri +994702000707 nömrəsinə yönləndirmək lazımdır. Sonra mobil telefondan 707 nömrəsini zəng et və Nar interaktiv səsli mesaj bələdçisinin söylədiyi göstərişlərə əməl et.

Səsli mesaj xidmətinin aşağıda göstərilən funksiyalarından birini, müvafiq kodu daxil etməklə aktivləşdirə bilərsən:

 Tam yönləndirmə:

Aktivləşdirmək üçün: **21*{telefon nömrəsi}#YES
Xidmətin statusunu yoxlamaq üçün: *#21#YES
Xidməti ləğv etmək üçün: #21#YES

Cavab olmadıqda zəngin yönləndirilməsi:

Aktivləşdirmək üçün:**61*{telefon nömrəsi}# YES
Xidmətin statusunu yoxlamaq üçün: *#61# YES
Xidməti ləğv etmək üçün: #61# YES

Telefon əhatə dairəsindən kənarda olduqda və ya söndürüldükdə zəngin yönləndirilməsi:

Aktivləşdirmək üçün: **62*{telefon nömrəsi}#YES
Xidmətin statusunu yoxlamaq üçün: *#62#YES
Xidməti ləğv etmək üçün: #62#YES

Mobil telefon məşğul olduqda zəngin yönləndirilməsi:

Aktivləşdirmək üçün:**67*{telefon nömrəsi}#YES

Xidmətin statusunu yoxlamaq üçün:*#67#YES
Xidməti ləğv etmək üçün: #67#YES

Loading...