Bu xidmət vasitəsi ilə sən, istifadə etdiyin nömrənin rəsmi olaraq kimin adına olduğunu öyrənə bilərsən.
Xidmətdən istifadə etmək üçün *575#YES şifrəsini yığmaq kifayətdir. Cavab olaraq təqdim olunacaq SMS-də nömrənin rəsmi istifadəçisinin adı, soyadı və ata adı qeyd olunacaq. Xidmətdən istifadə tamamilə pulsuzdur.
-
Qeydlər
- Xidmətdən gün ərzində istənilən qədər istifadə etmək mümkündür.
- Xidmətdən həm öncədən ödənişli, həm də sonradan ödənişli nömrələrdə istifadə etmək olar.
- Əgər isitfadə etdiyin nömrə başqa bir adamın adına qeydiyyatdadırsa, o zaman həmin şəxslə birlikdə Nar Satış və xidmət mərkəzinə yaxınlaşıb, nömrəni öz adına keçirə bilərsən.
- Əgər cavab SMS-ində məlumat natamam təqdim olunubsa, o zaman şəxsiyyət vəsiqən ilə birlikdə Satış və xidmət mərkəzinə yaxınlaşıb, dolğun məlumat ala bilərsən.