Meqabaytlar pulsuz trafik bitəndən sonra internet istifadəsinin dəyəri cari paketin istifadə müddəti bitənədək paketsiz internet tarifinə uyğun hesablanacaq.
Cari paketin interneti bitmədiyi halda, yeni paket sifariş olunarsa, hər iki paketin meqabaytları cəmlənəcək, lakin hər paketin trafiki öz istifadə müddəti ərzində aktiv olacaq. Aktiv paketlərin istifadə müddəti bitdikdən sonra, yalnız sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək
İnternet paketlərinin istifadə müddəti boyunca WhatsApp (yalnız yazılı mesajlar) pulsuzdur
Hesablanma: 1 GB = 1000 MB, interval 5 MB-dır.
Təqdim edilən xidmətdən abunəçinin sui-istifadə etməsi nəticəsində başqa abunəçilər üçün bu xidmətin keyfiyyətinin aşağı düşməsi qeydə alınarsa, Nar həmin abunəçinin nömrəsində xidməti məhdudlaşdırma hüququnu özündə saxlayır.