Azerfon MMC

Qarabağ Dirçəliş Fondu mob AZ Qarabağ Dirçəliş Fondu AZ

Zəfərlə başlayan dirçəliş!

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış  “Qarabağ Dirçəliş Fondu”nun əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, o cümlədən təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.

Fonda ianə etmək istəyən Nar abunəçiləri 8112 qısa nömrəsi vasitəsi ilə balanslarından birbaşa ianə edə bilərlər. 

İanə etmək istədiyin məbləğin müvafiq açar sözünü 8112 qısa nömrəsinə SMS göndərərək “Qarabağ Dirçəliş Fondu”na dəstək ola bilərsən.

 İanə məbləği SMS
1 AZN 1 yaz, 8112-a göndər
3 AZN 3 yaz, 8112-a göndər
5 AZN 5 yaz, 8112-a göndər
10 AZN 10 yaz, 8112-a göndər
20 AZN 20 yaz, 8112-a göndər
50 AZN 50 yaz, 8112-a göndər
  • Qeydlər:
    • Göndərilən hər SMS ödənişsizdir, balansından yalnız ianə olunan məbləğ çıxılacaq;
    • Xidmətdən öncədən ödənişli  nömrələr istifadə edə bilər;
    • Hər bir abunəçi bir neçə dəfə fərqli miqdarda ianə edə bilər;
    • Xidmət abunəlik xarakteri daşımır.