Balansını artır
Balansını artır
Bəzi tariflərdə bonusların artırılması və xidmətlərdə dəyişikliklər haqqında
Sərfəli xidmətləri ilə seçilən “Nar”, abunəçilərin internet və rabitə xidmətlərinə artan ehtiyaclarının qarşılanması, müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədilə 02.04.2026-cı il tarixindən “Full”, “CavanNar” və “3-ü 1-də” tariflərində təqdim olunan tarifdaxili bonusların həcmini artıracaq, tariflərin şərtləri yenilənəcək. Tariflər barədə yenilənmiş məlumatı müvafiq linklərə keçid edərək əldə edə bilərsiniz. Qeyd olunan tariflərlə yanaşı, “Limitsiz”, “Yerlim”, “Yerlim+”, “Unikal”, “Xoş gəlmisiniz”, “Super 0” və “SuperGun” tariflərinin şərtləri yenilənəcək. Yenilənmiş şərtlər barədə məlumatı linkdən əldə edə bilərsiniz.
Bundan başqa, “Buraxılmış zəng” və “Balance+” xidmətlərinin aylıq abunə haqqı 0.77 AZN; “Balans” və “Bonus" yoxlama (internet bonusları daxil olmaqla) xidmətlərinin haqqı 0.17 AZN; Sonradan ödənişli tarif istifadəçiləri üçün isə SIM kartın dəyişdirilməsi xidmət haqqı 0.77 AZN müəyyən olunur.





