icon

“Full”, “CavanNar” və “3-ü 1-də” tariflərində bonusların həcminin artırılması və xidmətlərdə dəyişikliklər haqqında məlumat

Sərfəli xidmətləri ilə seçilən “Nar”, abunəçilərin internet və rabitə xidmətlərinə artan ehtiyaclarının qarşılanması, müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədilə 02.04.2026-cı il tarixindən “Full”, “CavanNar” və “3-ü 1-də” tariflərində təqdim olunan tarifdaxili bonusların həcmini artıracaq, tariflərin şərtləri yenilənəcək. Tariflər barədə yenilənmiş məlumatı müvafiq linklərə keçid edərək əldə edə bilərsiniz. Qeyd olunan tariflərlə yanaşı, “Limitsiz”, “Yerlim”, “Yerlim+”, “Unikal”, “Xoş gəlmisiniz”, “Super 0” və “SuperGun” tariflərinin şərtləri yenilənəcək. Yenilənmiş şərtlər barədə məlumatı linkdən əldə edə bilərsiniz.

Bundan başqa, “Buraxılmış zəng” və “Balance+” xidmətlərinin aylıq abunə haqqı 0.77 AZN; “Balans” və “Bonus" yoxlama (internet bonusları daxil olmaqla) xidmətlərinin haqqı 0.17 AZN; Sonradan ödənişli tarif istifadəçiləri üçün isə SIM kartın dəyişdirilməsi xidmət haqqı 0.77 AZN müəyyən olunur.

Loading...