“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu
“Nar” dörd gün davam edən “BakuTel-2018” 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində uğurla iştirak etdi və ən son yeniliklərini nümayiş etdirdi.
Sərgi müddətində mobil operatorun stendi ziyarətçilərin diqqətini cəlb etdi və 4 gün ərzində “Nar” stendini 8 mindən çox adam ziyarət etdi. Mobil operatorun təqdim etdiyi “Nar TV” və “Nar WiFi” ruteri qonaqların böyük marağına səbəb oldu. Sərgi iştirakçıları mobil operatorun ən son məhsulları ilə bilavasitə tanış olmaqla yanaşı, sınaqdan keçirmək fürsəti də qazandılar. Burada həmçinin maraqlı təqdimatlar keçirildi, müsabiqələr, müxtəlif yarışmalar və oyunlar təşkil edildi. Maraqlı təqdimatlar və ziyarətçi axını sayəsində “Nar” stendi sərginin “Ən yaxşı korporativ stil” stendi seçilib.