“Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, tibb işçiləri və pasiyentlər üçün pulsuz rabitə

“Nar” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat vəsait ianə edib. Fondun məqsədi koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.

Qlobal pandemiya ilə mübarizəyə qoşulan “Nar”, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. TƏBİB ilə bərabər “Nar” ölkə ərazisində epidemiya ilə mübarizə aparan karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində “Nar” ödəmə kartlarının paylanmasını təşkil edib.

Bundan əlavə, “Nar” ölkədə koronavirus əleyhinə aparılan fəaliyyətə dəstək olmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zəngləri tamamilə ödənişsiz edib. Eyni zamanda, Nar abunəçiləri bütün sorğularla bağlı evdən çıxmadan “Nar+” mobil tətbiqetməsindən və mobil operatorun rəsmi sosial media səhifələrindən dəstək ala, həmçinin gücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

“Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

Populyar təkliflərimiz
FULL 9
9
ayda
FULL 9
FULL 9
Ölkədaxili zənglərÖlkədaxili zənglər
300 dəq.
İnternetİnternet
1.5 GB
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
FULL 14
14
ayda
FULL 14
FULL 14
Ölkədaxili zənglərÖlkədaxili zənglər
450 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
CavanNar 9
9
ayda
CavanNar 9
CavanNar 9
Tarifdaxili zənglərTarifdaxili zənglər
500 dəq.
İnternetİnternet
5 GB
Sosial şəbəkələrSosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5 GB
Loading...