icon

“Nar”dan koronavirusla mübarizə aparan həkimlərə növbəti rabitə dəstəyi

single image

Koronavirus (COVID-19) infeksiyasının davam etdiyi müddətdə “Nar” virusla mübarizə aparan həkimləri növbəti dəfə pulsuz rabitə ilə təmin edib. Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahı əsasında “COVID-19” infeksiyası ilə mübarizə aparan bir sıra xəstəxanaların həkimlərinin “Nar” nömrələrinin balansına 2 ay müddətində 50 AZN yüklənəcək. Məqsəd  həkimlərin koronavirus infeksiyasına yoluxmuş şəxslərlə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.

Xatırladaq ki, mobil operator bundan əvvəl də koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin etmişdi. Bundan başqa “Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak edib.

Loading...