“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan “Nar” yüksək müştəri məmnuniyyəti göstəricilərinə nail olmağa davam edir. Belə ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları cavablayır. Müştəri xidmətlərinin geniş spektrini bilavasitə sosial media üzərindən təqdim etmiş ilk və yeganə mobil operator olan “Nar” bu sahədə yüksək göstəricilərə nail olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş sorğuların cavablandırılma vaxtına görə “Nar” mobil operatorlar arasında ən yüksək nəticəni göstərə bilib. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də “Facebook”, “Twitter”, “Instagram” və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər.

2017-ci ilin ilk yarısının nəticələrinə əsasən, sosial şəbəkələr üzərindən daxil olmuş sorğuların 100%-i “Nar” sosial media komandası tərəfindən cavablandırılmışdır. Bu dövrdə daxil olmuş müraciətlərin 99%-i bir saat ərzində öz həllini tapmış, sorğuların uğurla cavablandırılma müddəti orta hesabla cəmi 13 dəqiqə təşkil etmişdir. Müştəri yol xəritəsinə görə (Customer Journey), “Nar” sosial media komandasına daxil olmuş müraciətlərin 85%-i cəmi 2 ismarışdan sonra müvəffəqiyyətlə həllini tapmışdır.    

Bu yüksək göstərici, “Nar” abunəçilərinə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olmuşdur. “Nar” abunəçiləri özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinetə daxil olmaqla, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yüksəkkeyfiyyətli müştəri xidmətlərindən yararlana bilərlər.  

Populyar təkliflərimiz
FULL 9
9
ayda
FULL 9
FULL 9
Ölkədaxili zənglərÖlkədaxili zənglər
300 dəq.
İnternetİnternet
1.5 GB
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
FULL 14
14
ayda
FULL 14
FULL 14
Ölkədaxili zənglərÖlkədaxili zənglər
450 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
CavanNar 9
9
ayda
CavanNar 9
CavanNar 9
Tarifdaxili zənglərTarifdaxili zənglər
500 dəq.
İnternetİnternet
5 GB
Sosial şəbəkələrSosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5 GB
Loading...