icon

Nar və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

Nar və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məşğulluq və insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandum Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və Narın baş icarçı direktoru Özgür Genc tərəfindən imzalanıb.

Əməkdaşlıq çərçivəsində tərəflər iş yarmarkalarının birgə təşkili, işaxtaran və işsiz şəxslərin peşəyönümü və peşə hazırlığının dəstəklənməsi, bilik və bacarıqların artırılması üzrə təşəbbüslərin həyata keçirilməsi, həmçinin korporativ sosial münasibətlərin inkişafına yönəlmiş layihələr üzərində işləyəcəklər.

Anlaşma memorandumunun imzalanma mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb və Nar ilə imzalanan memorandumun da işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə, eləcə də özəl sektorla əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini qeyd edib.

slider image
slider image

Narın baş icraçı direktoru Özgür Genc bildirib: “İnanırıq ki, dövlət və özəl sektorun birgə səyləri nəticəsində işaxtaran şəxslərin potensialını üzə çıxarmaq, onların bacarıqlarını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və uzunmüddətli məşğulluq imkanları yaratmaq mümkündür.”

Qeyd edək ki, bu memordandum çərçivəsində tərəflər arasında işgüzar görüşlər keçiriləcək, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin dəstəklənməsi məqsədilə maarifləndirmə və məlumatlandırma təşəbbüsləri həyata keçiriləcək.

Populyar təkliflərimiz

Sərfəli 1.2 GB
3.77
həftəlik
Sərfəli 1.2 GB
Sərfəli 1.2 GB
Ölkədaxili zənglərÖlkədaxili zənglər
120 dəq.
İnternetİnternet
1.2 GB
Ölkədaxili SMSÖlkədaxili SMS
40
Sərfəli 10.5 GB
16.77
28 gün
Sərfəli 10.5 GB
Sərfəli 10.5 GB
Ölkədaxili zənglərÖlkədaxili zənglər
650 dəq.
İnternetİnternet
10.5 GB
Ölkədaxili SMSÖlkədaxili SMS
250
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/Facebook_3x_LLFsKWj.png/media/uploads/icons/Instagram_3x_m8XuW2A.png
1.5 GB
WhatsApp Pulsuz
WhatsApp Pulsuz
/media/uploads/icons/whatsapp_MhryfjY_nES0GL5.svg
Sərfəli 60 GB
58.77
28 gün
Sərfəli 60 GB
Sərfəli 60 GB
Ölkədaxili zənglərÖlkədaxili zənglər
3500 dəq.
İnternetİnternet
60 GB
Ölkədaxili SMSÖlkədaxili SMS
1200
Rouminq internetRouminq internet
1 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/Facebook_3x_VLQ8S0H.png/media/uploads/icons/Instagram_3x_7pcxGBB.png/media/uploads/icons/Icon_Tik-tok.png/media/uploads/icons/Icon_Youtube.png
7 GB
WhatsApp Pulsuz
WhatsApp Pulsuz
/media/uploads/icons/whatsapp_MhryfjY_j1ZM7kH.svg
Loading...