icon

Nar və AzTU rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi

Sərfəli xidmətləri və davamlı sosial layihələri ilə tanınan mobil operator Nar tərəfdaşlıq etdiyi Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə peşəkar kadr hazırlığı istiqamətində fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.

Narın baş icraçı direktoru Özgür Genc və AzTU rektoru professor Vilayət Vəliyevin iştirakı ilə keçirilən görüşdə 10 ildən artıq davam edən tərəfdaşlığın tələbələrin gələcək karyerası üçün önəmi vurğulandı. Görüşdən sonra Özgür Genc universitetin nəzdində tələbələr üçün təşkil olunmuş Nar laboratoriyana baxış keçirdi. Mobil rabitə cihazları ilə təchiz olunmuş bu laboratoriya tələbələrə lokal mobil şəbəkə yaratmağa və mobil rabitənin iş prinsiplərini təcrübədə öyrənməyə imkan verir.

slider image
slider image

Texniki təminatdan başqa, Nar AzTU tələbələrinin nəzəri biliklərinin də artırılması üçün mütəmadi olaraq təlimlər təşkil edir. Bu təlimlər texniki ixtisaslar üzrə təhsil alan tələbələrə əmək bazarının bugünkü tələbləri barədə məlumat verir və onları gələcək iş həyatına hazırlayır.

Loading...