“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir

“Nar” cəmiyyətin sosial və iqtisadi həyatına müsbət dəyişikliklər gətirən faydalı layihələrə dəstəyini fəal şəkildə davam etdirir. Azərbaycanı BMT-nin Qlobal Sazişində təmsil edən ilk telekommunikasiya brendi kimi “Nar” BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq etmək və təhsilə dəstək istiqamətindəki Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinə xüsusi önəmlə yanaşır.

single image

Mobil operator üçün sosial layihələrin əhəmiyyətini vurğulayan “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: “Korporativ sosial məsuliyyət biznes olaraq strategiyamızın əsas sütunlarından biridir. Təkcə 2023-cü ildə biz 30 sosial təşəbbüsü dəstəkləmişik, son 3 ildə isə sosial layihələrə 10 milyon manatdan çox sərmayə yatırmışıq. Bu, bizim cəmiyyətdə müsbət dəyişiklik etmək öhdəliyimizə sadiqliyimizi göstərir. “Nar” olaraq gələcəkdə də müxtəlif sosial layihələr həyata keçirməyə davam edəcəyik”.

 

“Nar”ın dəstəyi ilə ərsəyə gətirilən ilk Azərbaycan jest dili elektron lüğəti – “jestdili.az” 30 mindən çox eşitmə və nitq məhdudiyyətli azərbaycanlıya Azərbaycan jest dilini tamamilə pulsuz öyrənmək imkanı verib. “Jestdili.az” əvəzsiz və faydalı resurs olmasına görə beynəlxalq dərəcədə də yüksək qiymətləndirilib və “Korporativ Məsuliyyət” kateqoriyasında ən uğurlu layihə kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının “Qızıl Dünya Mükafatı”na layiq görülüb.

“Nar”ın KSM strategiyasının digər istiqaməti Azərbaycan gəncləri arasında idman və sağlam həyat tərzinin təbliğidir. “Nar” 2023-cü ildən Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır və milli komandalarımızın həm yerli, həm də beynəlxalq arenalarda qazandığı uğurlarla qürur duyur. Bundan əlavə, “Nar” “Zirə” futbol klubunun rəsmi tərəfdaşı kimi futbol, şahmat, boks və digər idman növləri üzrə təşəbbüsləri dəstəkləyir.

Populyar təkliflərimiz
FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
İnternetİnternet
2 GB
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələrSosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...