banner

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə!

“Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edir.  Mobil operator işğaldan azad edilmiş rayonlarımızda müasir şəbəkə infastrukturunun daxili layihələndirmə işlərini tamamlayıb. Müvafiq dövlət qurumları ilə razılaşdırmadan sonra bu ərazilərdə LTE-A texnologiyasına əsaslanan daimi şəbəkə infrastrukturunun quraşdırılması işlərinə başlanılacaq.

Bundan başqa, “Nar” cəbhəyanı bölgələrdə yaşayan istifadəçilərini kəsintisiz rabitə ilə təmin etmək üçün mövcud baza stansiyalarının tutumunu mütəmadi olaraq genişləndirir və 24/7 rejimində şəbəkə üzrə monitorinq və optimizasiya işlərini həyata keçirir. Şəbəkənin dayanıqlı fəaliyyətini təmin etmək üçün bu günədək cəbhəyanı ərazilərə müxtəlif sahələr üzrə 27 mühəndis ezam olunub.

Qeyd edək ki, “Nar” düşmən atəşinə məruz qalmış regionlarda yaşayan abunəçilərin yaxınları ilə rahat əlaqə qura bilməsi üçün balanslarına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib, həmçinin cəbhəyanı bölgələrdə istifadəçilərə minlərlə “Nar” ödəmə kartları paylanılıb.

“Nar” sosial öhdəliyinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda davam edən hərbi əməliyyatlar dövründə əhaliyə öz dəstəyini davam etdirəcək. Müzəffər Azərbaycan Ordusunun gücü sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın tam azad ediləcəyinə əminik. Qələbə bizimdir!

single image
Populyar təkliflərimiz
FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...