“Nar” rouminqdə olan abunəçilər üçün əlverişli “Tətil” paketlərini təqdim etdi. Sərfəli internet paketləri sayəsində “Nar” abunəçiləri artıq xaricdə də özlərini evdəki kimi hiss edəcəklər. Bundan sonra səfərdə olarkən, Wi-Fi axtarmağa ehtiyac qalmayacaq. Səfərə çıxdıqda, “Nar”-ın “Tətil”paketlərindən birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.
Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil – 2” və 600 Mb həcmindəki “Tətil – 5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. “Tətil” paketləri ABŞ, İsrail, Ukrayna, Gürcüstan, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi ölkələri əhatə edir.