Nar şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Sərfəli xidmətləri və regionlara diqqəti ilə seçilən mobil operator Nar bu dəfə Azərbaycanın cənub bölgəsində sosial məsuliyyət layihəsi həyata keçirdi. Belə ki, Narın dəstəyi ilə Salyan rayonunun İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində “Kitab dostu” guşəsi yaradılıb.
Nar “Kitab dostu” guşəsinə şagirdlərin mütaliə bacarıqlarını inkişaf etdirəcək 100-dən çox kitab hədiyyə edib. Seçilmiş kitablar məktəblilərin həm təhsil uğurları, həm də şəxsi inkişafları üçün xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Kitab dostu” guşəsini ziyarət etmək məqsədilə mobil operatorun nümayəndələri Sarvan kənd məktəbinin qonağı olublar, məktəbin müəllim heyətinin təşkil etdiyi tədbirdə iştirak edərək istedadlı şagirlərin ifasında vətənpərvərlik mövzusunda tamaşalar izləyiblər.
Bu təşəbbüs Narın Salyan şəhərində yeni mağazasının açılışı ilə yanaşı həyata keçirilib və şirkətin hər bir regional genişlənməni faydalı sosial layihələrlə müşayiət etmək ənənəsinin növbəti örnəyidir.