icon

Nar inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

İnklüzivliyə dəstəyi ilə seçilən “Nar” 3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününü qeyd edir. Bu günə xüsusi önəm verən “Nar” cəmiyyətdə müxtəliflik, bərabərlik və inklüzivliyə dəstək missiyasını davam etdirir. Mobil operator 2025-ci ildə 10-a yaxın inklüziv sosial layihə həyata keçirib və bu təşəbbüslər vasitəsilə 500-dən çox şəxsi əhatə edib.

Gerçəkləşdirilən layihələr çərçivəsində iştirakçılar müxtəlif təlimlərə, sosial məşğələlərə, incəsənət və intellektual yönümlü fəaliyyətlərə cəlb olunub. İl ərzində keçirilən bütün fəaliyyətlər fiziki və emosional rifahın yaxşılaşdırılmasına, yeni sosial əlaqələrin formalaşmasına və inklüziv düşüncənin gücləndirilməsinə töhfə verib.

Öz abunəçiləri üçün də inklüziv mühitin yaradılması məqsədilə “Nar” ön ofis əməkdaşlarına jest dili üzrə təlim keçərək eşitmə məhdudiyyətli şəxslərə jest dilində xidmət göstərilməsini təmin edib. Bununla yanaşı, “Nar” ölkədə ilk dəfə jest dili mobil tətbiqinin ərsəyə gəlməsinə və nitq məhdudiyyəti olan şəxslər üçün ölkədə ilk dəfə intellektual oyun formatının təşkilinə də töhfə verib. Bu təşəbbüslər həm həssas, həm də qeyri-həssas qruplar arasında daha səmimi ünsiyyətin qurulmasına və cəmiyyətdə inklüzivlik haqqında məlumatlılığın artmasına mühüm dəstək olub.

slider image
slider image

Qeyd edilən fəaliyyətlərin davamı olaraq, “Nar” 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə növbəti maarifləndirici video çarxın hazırlanmasına da dəstək verib. DanceAbility Azərbaycan ilə birgə ərsəyə gətirilən video əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı nümayiş etdirir və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa kömək edən mesajlar çatdırır. Çarx həmçinin onların cəmiyyətin aktiv həyatında iştirak imkanlarına diqqət çəkir. https://youtu.be/42BNHfXG3IQ

Populyar təkliflərimiz
FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...