icon

Nar Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator “Nar” növbəti regional mağazasını Gəncə şəhərində istifadəyə verdi. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 359c ünvanında açılan yeni mağazada abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və aksesuarların təqdim olunması xidmətləri göstərilir.

Açılış mərasimində iştirak edən “Nar”ın baş icraçı direktoru Özgür Genc yerli sakinlərlə görüşərək onların istək və gözləntilərini öyrənib. O, mobil operatorun regionlara xüsusi diqqət siyasətinə sadiq qaldığını bildirib: “Bölgələrdə yaşayan müştərilərə keyfiyyətli xidmət göstərmək baxımından bu mağazalar çox önəmlidir. Regional satış və xidmət şəbəkəmiz sayəsində müştərilərimizin geridönüşlərini yerindəcə öyrənə bilirik.”

Gəncə şəhərinə səfər edən “Nar” rəhbərliyi həmçinin tərəfdaşlıq etdiyi Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün karyera təlimi həyata keçirib. Universitetin rəhbər heyəti ilə görüşən “Nar” rəhbərliyi növbəti il üçün əməkdaşlıq perspektivlərini müzakirə edib.

slider image
slider image

Qeyd edək ki, mobil operator bölgələrdə açılan hər yeni mağazanı təkcə satış və xidmət şəbəkəsinin genişləndirilməsi olaraq deyil, həm də regionlarla birbaşa əlaqə qurmaq imkanı olaraq dəyərləndirir. 2025-ci il ərzində “Nar” rəhbərliyi Gəncə şəhəri ilə yanaşı Füzuli və Salyan rayonlarında da bənzər mağaza açılışı və maarifləndirici layihələr həyata keçirib.

Populyar təkliflərimiz

FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...