icon

“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

single image
single image

Rabitə texnologiyaları mövzulu təlimdə iştirakçılar mobil şəbəkənin fəaliyyətini “Nar”ın texniki heyətinin real təcrübəsi əsasında öyrənir, suallarını birbaşa sahə üzrə mütəxəssislərə yönləndirə bilirlər. Telekommunikasiya sahəsi üzrə yerli kadrların hazırlanmasına dəstək məqsədilə davamlı olaraq keçirilən təlimlər “Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir. Təlimə bu günədək ümumilikdə, 200-dən çox tələbə qatılıb.

Loading...