“Nar” ölkə ərazisində satış şəbəkəsini gücləndirir

“Nar” ölkə üzrə bütün satış təmsilçiləri ilə ilin nəticələrinə həsr olunmuş görüş keçirib. Görüşün əsas məqsədi ötən ildə əldə edilmiş nailiyyətlərin müzakirəsi və 2018-ci ildə “Nar”-ın satış strategiyasının əsas istiqamətlərinin müəyyən edilməsi idi. Görüş zamanı ötən il bütün ölkə boyunca satış nöqtələrinin sayının artaraq 1647-yə çatdırıldığı qeyd olundu.

Bölgələrdə yaşayan “Nar” abunəçilərinə xüsusi diqqətin ayrılması və onlara yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi satış strategiyasının əsas istiqamətlərindən biri oldu. Paytaxt Bakı ilə yanaşı, bölgələrə də önəm verən “Nar” ötən il ərzində regionlarda satışın təşviqi məqsədilə təşkil olunmuş 50-dən çox tədbir keçirib. Nəticədə, “Nar”-ın bölgələr üçün xüsusi hazırladığı “Yerlim” tarifinə yalnız 2017-ci ildə 256 min nəfər qoşulub.

Satış təmsilçiləri ilə görüş zamanı öz fikirlərini bölüşən “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke yüksəkkeyfiyyətli xidmətin və effektiv satış strategiyasının şirkət üçün vacibliyini qeyd etdi: “Nar” abunəçilərinin istək və tələblərini hər zaman rəhbər tutaraq Azərbaycan mobil rabitə bazarında keyfiyyətli məhsulları sərfəli qiymətə təklif edir. Şəbəkəmizə sərmayə yatıraraq abunəçilərimizi yüksəkkeyfiyyətli xidmətlə təmin edirik və bu da, öz növbəsində, “Nar”-a yeni müştərilər cəlb edir. Biz ən yaxşı müştəri təcrübəsini təmin etmək məqsədilə sadə və çevik həllər vasitəsilə satış kanallarımızı daha da gücləndiririk”.

Yerli rabitə bazarında irəli sürülən yeni məhsullar, genişləndirilmiş şəbəkə və sərfəli qiymətlər nəticəsində artan müştəri tələbatını qarşılamaq üçün “Nar” satış kanallarının daha çox müştəriyə daha asan xidmət göstərməsini təmin edir.

Populyar təkliflərimiz
FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...