“Nar”-dan “Yay kampaniyası” – gündə 59 qəpik ödə, 25 dəqiqə və 100 Mb internet trafiki qazan!
“Nar” yeni “Yay kampaniyası”nı təqdim etdi. Kampaniyaya gündə cəmi 59 qəpik ödəməklə ölkədaxili bütün istiqamətlərdə zənglər üçün 25 dəqiqə və 100 Mb internet trafiki daxildir. Paketə qoşulmaq üçün “Yay” yazıb 777 qısa nömrəsinə göndərmək və ya 777#59#YES şifrəsini yığmaq kifayətdir.
Beləliklə, hər zaman sərfəli qiymətlərlə fərqlənən “Nar” öz abunəçilərinin yay mövsümündə artan mobil rabitə tələblərini qarşılamaq üçün bu səmərəli kampaniyaya start verdi. Bu kampaniyadan yararlanan “Nar” istifadəçiləri sevdikləri ilə bol-bol danışmanın dadını çıxara biləcək, yay boyu internetdən istədikləri qədər istifadə edəcəklər. “Yay kampaniyası” ilə “Nar” istifadəçilərinin yay istirahəti daha rəngarəng olacaq.
“Yay kampaniyası” operatorun tarif planları və ya internet paketlərindən biri deyil, mövsümi xarakter daşıyan bir kampaniyadır. Əgər aktivləşdirmə SMS vasitəsilə edilərsə, cari tarifə uyğun olaraq balansdan 1 SMS-in qiyməti qədər məbləğ çıxılır. Aktivləşdirmə barədə SMS aldıqdan sonra telefonu söndürüb yenidən yandırmaq lazımdır.
.