Xidmətlər
İstifadəçilər üçün
“Breyn Rinq” yarışının 17-ci mövsümündə 16 komanda arasında gedən gərgin mübarizə nəticəsində “Nar” komandası mövsümün çempionu olub. Final oyunda mobil operatorun dəstək olduğu “Nar” komandası “Kapital Bank” komandası ilə mübarizədə qalib gəlib.
Qeyd edək ki, builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda mübarizə aparıb. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçirilib və televiziya tamaşaçıları “Nar”dan hədiyyə qazanıblar.