icon

“Nar” Bakıda yenilənmiş mağazalarını təqdim etdi

slider image
slider image

Mobil operator paytaxtda yerləşən daha 2 mağazasını yeni konseptə uyğunlaşdırıb. Şəmsi Bədəbəyli küçəsi 106/12 (28 may metrostansiyası yaxınlığında) və Qara Qarayev prospekti 62 (Neftçilər metrostansiyası yaxınlığında) ünvanlarında yerləşən mağazalarını müştərilərinə təqdim edib. Mağazalarda ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Həmçinin mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir. Məqsəd, mobil operatorun diler dükanlarına ziyarət edən müştərilər üstün xidmət təcrübəsi təqdim etməkdir.

Loading...