“Nar” AzTU-da tələbələr üçün mobil rabitə  təlimi təşkil etdi

“Nar” özünün KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Mobil operatorun AzTU-da tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda növbəti təlimi baş tutub. Təlim “Nar”-ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyəti tərəfindən keçirilib. Təlimə qatılan tələbələr və gənc mühəndislər mobil şəbəkənin fəaliyyəti, mobil internetin əsasları, 2G, 3G və 4G rabitə texnologiyaları, mövcud şəbəkələrin işləmə prinsipi və inkişafı haqqında nəzəri və təcrübi biliklər əldə ediblər. Tələbələrə telekommunikasiya ilə bağlı suallar verilib. Sualları düzgün cavablandıran tələbələr “Nar” tərəfindən xüsusi hədiyyələr qazanıblar.

Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”-ın bu təşəbbüsü tələbələrin dərslərində daha uğurlu olmalarına və gələcək karyeralarında lazım olacaq məlumatlar əldə etmələrinə xidmət edir. 

Xatırladaq ki, 2016-ci ildə Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlim və seminarlar keçirilir. Tələbələr mobil rabitə üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanırlar. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atır. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

slider image
slider image
Populyar təkliflərimiz
FULL 9
9
ayda
FULL 9
FULL 9
Ölkədaxili zənglərÖlkədaxili zənglər
300 dəq.
İnternetİnternet
1.5 GB
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
FULL 14
14
ayda
FULL 14
FULL 14
Ölkədaxili zənglərÖlkədaxili zənglər
450 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi"Çevir" təklifi
Bonuslar yanmırBonuslar yanmır
CavanNar 9
9
ayda
CavanNar 9
CavanNar 9
Tarifdaxili zənglərTarifdaxili zənglər
500 dəq.
İnternetİnternet
5 GB
Sosial şəbəkələrSosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5 GB
Loading...