Narda növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam
Sərfəli mobil operator Narın “Çoox Şanslı” lotereyası çərçivəsində bu axşam ikinci avtomobil tirajı keçiriləcək. Beləliklə, növbəti “Haval H6 Ultra” avtomobilinin sahibi bəlli olacaq. Eyni zamanda, daha üç Nar abunəçisi “Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanacaq.
Qaliblərin adları təsadüfi seçim əsasında müəyyən edilir və nəticələr canlı yayımda elan olunur. Bu lotereyada ilin sonuna qədər Nar abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər həftə “Haval H6 Ultra” avtomobili və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazana bilər.
Qeyd edək ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün Nar abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə bilərlər. Belə ki,
- 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;
- 2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES;
- 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür.
Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını Nar+ tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər. Daha ətraflı məlumat üçün: lotereya.nar.az/