icon

Nar Kitab gününü Salyanda qeyd edib

Sərfəli mobil operator Nar 23 aprel Beynəlxalq Kitab Günü münasibətilə ölkənin bölgələrində maarifləndirici təşəbbüslərini davam etdirərək növbəti layihəsini uğurla həyata keçirib.

 

slider image
slider image

Salyan rayonunun Sarvan kəndində yerləşən İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində yazıçılar Günel Əkbər və Amin Orucun iştirakı ilə şagirdlərlə görüş baş tutub. “Parlaq İmzalar” nəşriyyatının təşkilatçılığı ilə həyata keçirilən görüş zamanı məktəblilərlə mütaliənin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və müəlliflərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradılıb. Tədbirin əsas məqsədi şagirdlər arasında oxu vərdişlərini təşviq etmək və maarifləndirici mühiti gücləndirmək olub. Eyni zamanda, şagirdlər üçün intellektual və əyləncəli masaüstü oyunlar təşkil edilib ki, bu da onların həm məntiqi düşüncə bacarıqlarının inkişafına, həm də asudə vaxtlarının səmərəli keçirilməsinə töhfə verib.

 

Qeyd edək ki, Azərbaycanın bölgələrini daim fəaliyyətinin mərkəzində saxlayan “Nar” təhsil və maarifləndirmə istiqamətində həyata keçirdiyi sosial məsuliyyət (KSM) layihələri ilə gənclərin inkişafına davamlı töhfə verir. Şirkət bu cür təşəbbüslərlə cəmiyyətin müxtəlif təbəqələri üçün əlçatan təhsil imkanlarının genişləndirilməsini dəstəkləyir.

 

Loading...