icon

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə jest dilini öyrənmək üçün “JestPlus” mobil tətbiqi artıq istifadəyə verilib. Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilib. Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarını genişləndirmək, inklüzivliyi təşviq etmək və jest dilinin öyrənilməsini hamı üçün əlçatan etməkdir.

“JestPlus” tətbiqi jest dili üzrə sistemli öyrənmə üçün nəzərdə tutulub və istifadəçilərə lüğət funksiyasından kənara çıxaraq interaktiv dərslər, testlər və praktiki tapşırıqlar təqdim edir. Tətbiqin məzmununa 789 video, 358 jest dili sözü, 27 illüstrativ şəkil və 32 daktil animasiyası daxildir ki, bunlar da jest dilini gündəlik həyatda daha səmərəli tətbiq etməyə imkan verir.

slider image
slider image

“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslərin informasiya və təhsil imkanlarına çıxışını artırmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindəndir. Bu mobil tətbiqi dəstəkləməklə biz inklüziv cəmiyyətin qurulmasına və jest dilinin ölkədə daha geniş yayılmasına töhfə veririk”.

Qeyd edək ki, “Nar” ölkəmizdə ilk dəfə vahid jestdili.az saytını ərsəyə gətirərək inklüziv cəmiyyətin qurulmasına töhfə verib və bu istiqamətdə dəstəyini jest dili tətbiqinin hazırlanması ilə davam etdirir.

Populyar təkliflərimiz
FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...