İnternet paketlər və göstərilən xidmətlərdə dəyişiklər haqqında məlumat
Daim sərfəli xidmətlər təqdim edən Nar, 08.08.2025-ci il tarixindən etibarən çoxsaylı müştəri istəklərini nəzərə alaraq, yeni internet paketlərini abunəçilərinin istifadəsinə verəcək. Qeyd edilən tarixdən abunəçilər 90 qəpikdən başlayan qiymətlərlə müxtəlif internet paketlərindən yararlana biləcəklər.
Həmçinin 08.08.2025-ci il tarixindən “Günlük 1.5 GB”, “Həftəlik 1 GB”, “Həftəlik 3 GB”, “L” və “L+” internet paketlərinə yeni qoşulmalar dayandırılacaq. Sözügedən xidmətlərin cari istifadəçiləri mövcud şərtlərlə paketlərdən istifadə etməyə davam edə biləcəklər. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
06.07.2025-ci il tarixindən etibarən öncədən ödənişli tariflərdə nömrənin açıq qalma müddətini artırmaq daha da asanlaşacaq. Artıq bu müddəti yalnız balans artırmaqla deyil, eyni zamanda tarifin aylıq abunə haqqını ödəməklə də uzatmaq mümkün olacaq. Beləliklə, abunəçi seçdiyi aylıq tarif üzrə abunə haqqını ödədikdə istifadə etdiyi nömrə 30 gün ərzində ikitərəfli açıq qalacaq. Nömrənin açıq qalma müddəti cədvəlini bu linkdən görə bilərsiniz. Bu yenilik nömrənin asan istifadəsini təmin edəcək.
Bundan əlavə, “Nar” tərəfindən təqdim olunan xidmətlərin optimallaşdırılması məqsədilə 23.06.2025 tarixindən etibarən “Super 0”, “Unikal” və “Yerlim” tariflərinin şərtlərində dəyişikliklər tətbiq olunacaq. Qeyd olunan tariflərdə hər ay abunəçilərə bonus olaraq ölkədaxili bütün istiqamətlərə 50 dəqiqə danışıq və 350 MB mobil internet təqdim ediləcək. Tariflərdən istifadə edən abunəçilərin nömrələrinin xətti 30 gün ərzində ikitərəfli açıq qalacaqdır. Bu tariflərdə aylıq abunə haqqı 3.79 manat təşkil edəcək. Bu və digər tariflər üzrə öncədən ödənişli nömrələrdə nömrə istifadəsinə görə aylıq xidmət haqqı ləğv edilir.