Balansını artır
Nar “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib
Sərfəli mobil operator Nar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilən “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib. WUF13 öncəsi Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan layihə əlilliyi olan şəxslərin peşəkar inkişafının və inklüziv iş mühitinin təşviqinə yönəlib.


Tədbirdə “Nar”ın baş icraçı direktoru Özgür Genc şirkətin inklüziv təşəbbüslərə verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub. Həmçinin layihə iştirakçıları tərəfindən hazırlanan əl işi hədiyyə şirkət rəhbərinə təqdim edilib.
Qeyd edək ki, Nar layihə çərçivəsində 25 nəfər əlilliyi olan şəxs üçün 2 ay müddətində şirkətin müxtəlif departamentlərində təcrübə proqramı təşkil edib. İştirakçılar bu müddət ərzində real iş mühiti ilə tanış olub, gündəlik iş proseslərində iştirak edərək peşəkar və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Nar sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.





