Narın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Sərfəli mobil operator Nar “Çoox Şanslı” stimullaşdırıcı lotereyası çərçivəsində növbəti qalibini elan edib. Belə ki, altıncı “Haval H6 Ultra” avtomobilinin sahibi Ramil Abdullayev olub. Nar qalibi təbrik edərək ona avtomobilin açarlarını təqdim edib. Avtomobil tirajı ilə yanaşı, bu dəfəki lotereyada “Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanan üç Nar abunəçisi – Araz İmanov, Sahib Eminov və Vəfadar Aslanov hədiyyələrini böyük sevinc və həyəcanla təhvil alıblar.
Qeyd edək ki, qaliblər tam təsadüfi seçimlə müəyyən olunub və nəticələr canlı yayımda elan edilib. “Çoox Şanslı” lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində Nar abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro”, hər həftə “Haval H6 Ultra” və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.
Xatırladaq ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün Nar abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə bilərlər. Belə ki,
- 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;
- 2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES;
- 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür.
Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər. Daha ətraflı məlumat üçün: lotereya.nar.az/