Nar Plus Header
Nar Plus Header

Nar Wi-Fi

4G internet indi evində!

Yeni mənzilə və ya ofisə köçürsən?
Şəhərkənarı evdə istirahət etmək istəyirsən?

Evində ənənəvi internetə qoşulmaq imkanı yoxdur və sürətli internet istəyirsən?

Wi-Fi ruteri özünlə götür və enerji mənbəyini tap!


Nar Wi-Fi Nar 4G (LTE) şəbəkəsinin əhatə etdiyi hər yerdə sürətli internetdən tam şəkildə istifadə etməyə imkan verir.

  • Qiymət

    Sənə lazım olacaq miqdarda internet və tarifi seç:

    Paketlər Paketin həcmi Paketin qiyməti
    Nar Wi-Fi 20

    20 GB 20 AZN

    Nar Wi-Fi 40 50 GB 40 AZN

    Nar Wi-Fi ruterinin qiyməti 99 AZN təşkil edir.

    Nar Wi-Fi paketlərinin istifadə müddəti ərzində internet bitdikdə 8 AZN-ə əlavə 5 GB internet əldə etmək mümkündür. Əlavə internet paketləri bir neçə dəfə sifariş oluna bilər. Bonuslar toplanır. Əlavə internet paketlərinin istifadə müddəti 1 aydır, lakin Nar Wi-Fi paketinin aylıq abunə haqqı ödənilmədikdə Nar Wi-Fi əlavə internet paketinin istifadəsi də dayandırılacaq.

  • İstifadə üstünlükləri

    Quraşdırılma çox asandır!

    Sadəcə Nar Wi-Fi-ı enerji mənbəyinə qoş və aktivləşdirilmə cəmi bir neçə dəqiqə çəkəcək.

    Əlçatan və sürətlidir!

    Xidmətlərin dəyəri ADSL ilə müqayisə oluna bilər, lakin internetin sürəti əhəmiyyətli dərəcədə yüksəkdir.

    Özünlə götür!

    Nar Wi-Fi olduqca mobildir: indi Nar 4G (LTE) şəbəkəsinin əhatə etdiyi hər yerdə internet səninlə olacaq.

  • Hesabın idarə olunması

    Nar + tətbiqi və Şəxsi kabinet vasitəsilə cari hesab balansını, paket statusunu yoxlaya, balansı artıra və Nar Wi-Fi paketlərini ala bilərsən. Şəxsi kabinetə yalnız ruterin WiFi–nı istifadə etməklə daxil olmaq lazımdır.

  • Quraşdırılma

    Nar Wi-Fi cihazını quraşdırmaq üçün sadəcə bir neçə dəqiqə kifayətdir.
     

    Müvafiq tarifli SIM kartın ruterə daxil etdikdən sonra:

    • Qurğunu enerji mənbəyinə qoş və o,  avtomatik olaraq  işə düşəcək.
    • Şəbəkə indikatorunun  mavi rəngdə olmağını, Wi-Fi  və Siqnal gücü indikatorlarının yanmağını gözlə
    • Wi-Fi-ya qoşulmaq üçün istifadə etdiyin qurğuda Nar Wi-Fi ruterinin alt hissəsində qeyd olunmuş Wi-Fi adını (SSİD) seç
    • Nar Wi-Fi ruterinin alt hissəsində qeyd olunmuş şifrəni (WiFi Key) daxil et.
  • Qeydlər
    • Wi-Fi adını (SSID) və şifrəni dəyişmək üçün ruterin Wi-Fi – nı istifadə etməklə http://192.168.8.1/ keçid linkinə daxil ol. İstifadəçi adı: admin və şifrə: admin.
    • Nar Wi-Fi ruterinin quraşdırma, kökləmə və istifadəsi haqqında daha ətraflı məlumatı istehsalçının təlimatında  və ya www.nar.az saytında tapa bilərsən. Eyni zamanda Nar nömrələrindən 777-yə, digər nömrələrdən isə 012 444 0 777 nömrəsinə zəng edə bilərsən 
    • Hesablanma: 1 GB = 1000 MB
  • 10.09.2019 tarixinədək qoşulan istifadəçilər üçün yeni şərtlər

    10.09.2019 tarixinədək qoşulan istifadəçilər Nar Wi-Fi paketlərindən yenilənmiş şərtlərlə istifadə edəcəklər. Qeyd edək ki, təqdim olunan paketlərdə 4G (LTE) internetindən maksimal sürətlə yararlanmaq mümkün olacaq.

    Paketlər Paketin həcmi Qiymət
    Nar Wi-Fi 20

    40 GB

    20 AZN

    Nar Wi-Fi 40 80 GB 40 AZN

    Endirimli Nar Wi-Fi 20 paketini 10 AZN-ə əldə etmiş istifadəçilər üçün də yuxarıdakı tənzimləmələr aparılacaqdır.

    Nar Wi-Fi paketinin müqavilə müddəti ərzində aylıq internet bitdikdə 20 AZN-ə əlavə 20 GB internet, 40 AZN-ə isə əlavə 60 GB sifariş etmək olar. Həmin əlavə internet paketləri ay ərzində bir neçə dəfə sifariş oluna bilər. Bonuslar toplanır. Əlavə internet paketlərinin istifadə müddəti 1 aydır, lakin Nar Wi-Fi paketinin aylıq abunə haqqı ödənilmədikdə Nar Wi-Fi əlavə internet paketinin istifadəsi də dayandırılacaq.

    3 və ya 6 aylıq müqavilə müddəti yekunlaşandan sonra isə Nar Wi-Fi paketinin istifadəçiləri internet bitdikdə əlavə internet paketlərini sifariş edə bilməzlər, lakin cari paketlərini yeniləyə və ya digər Nar Wi-Fi paketini əldə edə bilərlər. 1 ay bitdikdən sonra balansda kifayət qədər məbləğ olduğu halda son sifariş olunan paket avtomatik olaraq yenilənəcək.

Qoşulma

Seçdiyin tarifə qoşulmaq üçün Nar mərkəzinə müraciət et

Nar satış-xidmət mərkəzləri və diler dükanları
Şəhər Ünvan
Bakı Q.Qarayev pr. 29
Bakı Memar Əcəmi, M. Cəfərov küç., 3005
Bakı Təbriz pr. 95
Bakı Azadliq pr. 100
Bakı Q.Qarayev pr. 62
Bakı T. Əliyarbəyov 9
Bakı Biləcəri q. A.Zeynalı k.
Bakı Bakıxanov qəs., M.Fətəliyev 40
Bakı Q.Qarayev pr. 74
Bakı Ş. Bədəlbəyli k., 106/12
Bakı Cavadxan k., ev 1, m. 76
Bakı Bül-bül 24
Bakı Azadlıq pr. 18
Bakı 28 May k. 62
Bakı Zərgərpalan 133
Bakı 2 mkr. H.B. Əliyev k. 4
Bakı M.Hadi k.23/24
Bakı Azadlıq pr. 23
Bakı Füzuli 73
Bakı Azadlıq pr. 25
Gəncə Atatürk pr. 261
Gəncə H. Əliyev pr. 52/12
Gəncə H.Əliyev-Atatürk pr.
Xaçmaz N.Nərimanov küç.
Xırdalan H.Əliyev pr. 1A
Qax H.Əliyev
Quba H.Əliyev pr
Qusar Bazar dairəsi
Sumqayıt 2 mkr. Sülh k. (Ulduz)
Sumqayıt 2 mkr. Sülh k.
Zaqatala A.Aslanov 57 (Z.Əmirov)