Full 9

Full 9

Heç arzulamısızmı ki, istifadə olunmadıqda belə bonuslar yanmayıb növbəti aya keçsin? İndi arzunuz realdır! Sərfəli və rahat Full 9 paketi - cəmi 9 manata!

Paketə qoşulduğunuz andan etibarən aşağıdakı cədvəldə göstərilən bonuslar təqdim olunur və balansdan 9 AZN çıxılır.

Mütəmadi olaraq paket yeniləndiyi halda istifadə olunmayan bonuslar növbəti aya keçir.

Bonus

Miqdar

Ölkədaxili dəqiqə 300
Fulldaxili dəqiqə 100
İnternet (GB) 1.5
  • Qiymətlər

    Təqdim olunan dəqiqə, SMS və internet trafiki bitdikdən sonra isə abunəlik dövrü ərzində hesablama aşağıdakı cədvəldə göstərildiyi kimi aparılır:  

    Xidmət

    Qiymət (AZN)

    Ölkədaxili zəngin dəqiqəsi 0.05  
    İnternet (1 MB)  0.01  

    30 gün bitdikdən sonra balansda kifayət qədər məbləğ olduğu halda bonuslar avtomatik olaraq yenilənir. Balansda kifayət qədər məbləğ olmadıqda isə tarif avtomatik olaraq yenilənmir, yığılan bonuslar sıfırlanır və xidmətlər üçün aşağıdakı cədvələ əsasən hesablama aparılır. 

    Xidmət

    Qiymət (AZN)

    Ölkədaxili zəngin dəqiqəsi 0.08 
    Ölkədaxili SMS  0.04 
    İnternet (1 MB)  0.20
  • Bonusların növbəti aya keçmə qaydaları
    • Bonuslar yalnız son 3 ay üçün cəmlənir və 4-cü aydan etibarən ilk 1-ci ayın bonusları sıfırlanır.
    • Aylıq abunəlik haqqı vaxtında ödənilmədiyi halda bonuslar yeni aya keçmir və sıfırlanır.
    • Abunəlik haqqı 30 gün ərzində keçərlidir və avtomatik olaraq balansdan çıxılır. Əgər balansda yetəri qədər vəsait yoxdursa yeni ayın bonusları əlavə edilmir və xidmətlər üçün qiymət cədvəlində göstərilən qaydalar tətbiq olunur.


    Bütün toplanan bonusların yeni aya keçirilməsi aşağıdakı halda dayandırılır:

    • FULL paketindən digər Nar tarifinə keçildiyi halda
    • Vaxtında abunə haqqı ödəmədikdə   
  • Qeydlər
    • FULL tarifi abunəçiləri arasında danışıq zamanı FULLdaxili dəqiqələr ölkədaxili dəqiqələrdən daha əvvəl istifadə olunur.
    • Balansı yoxlamaq üçün telefonun ekranında *777#920#yes yığın və ya şəxsi kabinetinizə daxil olun.
    • Bütün qiymətlərə 18% ƏDV daxildir.
    • Hər-hansı məzmun və ya premium yüksək ödəniş tələb edən servislər (danışıqlar, rominqdə, NarAir zamanı, SMS, yükləmələr), üçün bonuslar hesablanmır.
    • Cədvəldə göstərilən qiymətlər qısa nömrələrə edilən zənglərə şamil olunmur.
    • Tarifi daxilində İnternet üçün hesablama intervalı 40 kb-dır.
    • Zənglər üçün hesablama intervalı 60 saniyə təşkil edir.
    • Nar nömrə ilk dəfə aktivləşdikdə, “Hava proqnozu” və “Valyuta məzənnəsi” nömrədə avtomatik olaraq aktivləşir.  “Hava proqnozu” xidmətindən istifadə ilk 15gün pulsuzdur. 15 gün bitdikdə “Hava proqnozu” üçün gündəlik xidmət haqqı 0.09 AZN təşkil edəcək. “Valyuta məzənnəsi” xidmətindən istifadə ilk 3 gün pulsuzdur. 3 gün bitdikdə “Valyuta məzənnəsi” xidməti üçün gündəlik xidmət haqqı 0.01 AZN təşkil edəcək. “Hava proqnozu” xidmətini dayandırmaq üçün STOPWPR+ yazıb, 5550 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. “Valyuta məzənnəsi” xidmətini dayandırmaq üçün STOPM+ yazib, 5550 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.
Qoşulma

Tarifə qoşulmaq pulsuzdur və aşağıdakı üsullardan birini seçə bilərsiniz:

  • FULL9 yazıb 777 qısa nömrəsinə mesaj göndərmək
  • Telefonun ekranında *777#909#YES şifrəsini yığmaq
  • Şəxsi kabinet

FULL 9 tarifindən FULL 14/19/29/39/49 tarifinə keçid pulsuzdur.
FULL 9 tarifindən digər Nar tarifinə keçid etdikdə xidmət haqqı 1 AZN təşkil edəcək.
Digər Nar tariflərindən FULL paketinə qoşulmaq pulsuzdur.
Yeni aldığınız və FULL paketində olan nömrə aktivləşdirildiyi andan etibarən birinci tarif dəyişikliyi pulsuzdur.
axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox