Azerfon MMC

Mobile.jpg Slider_2.jpg

1MB internetin qiyməti isə 0.02 AZN təşkil edəcək.

Qoşulmaq üçün:

Satış və xidmət mərkəzlərimizdə yeni nömrə əldə etməklə tarifə qoşula bilərsiniz.

  • Bonuslar yanmasın, növbəti aya keçsin

    Artıq istifadə etmədiyin bonuslara görə təəssüflənməyəcəksən. Nar-ın FULL paketlərində ay bitəndə belə bonuslar yanmır, növbəti aya keçir!

    Qeydlər:

    • Abunə haqqı mütəmadi olaraq ödənilirsə və paket yenilənirsə, bonuslar 3 ay ərzində toplanır;
    • 4-cü aydan etibarən 1-ci ayın bonusları sıfırlanır;
    • Abunə haqqı 30 gün ərzində keçərlidir.
  • “Çevir” təklifi

    Yalnız Nar-da dəqiqələrini meqabaytlara, meqabaytlarını isə dəqiqələrə asanlıqla çevirə bilərsən!

    Dəqiqələri meqabaytlara çevir:

    Nar+ vasitəsi ilə;

    50 dəqiqəni 100 MB-a dəyişmək üçün *778#50100#YES yığ;

    100 dəqiqəni 200 MB-a dəyişmək üçün *778#100200#YES yığ;

    Meqabaytları dəqiqələrə çevir:

    Nar+ vasitəsi ilə;

    100 MB-ı 50 dəqiqəyə dəyişmək üçün *778#10050#YES yığ;

    200 MB-ı 100 dəqiqəyə dəyişmək üçün *778#200100#YES yığ;    

    Qeydlər:

    Çevrilmiş bonuslar növbəti aya keçmir;

    Abunəçi çevrilmiş bonuslardan cari FULL paketinin istifadə müddətinin sonunadək yararlana bilər;

    Hər sorğu üçün xidmət haqqı – 0.50 AZN;

    Xidmətdən son 30 gün ərzində yalnız 1 dəfə istifadə etmək mümküdür. Çevrilmiş bonuslar abunəlik müddətinin tamamına qədər istifadə edilə bilər;

    Bu təklif yalnız FULL paketlərində mövcuddur.

    Xidmətdən istifadə edərkən qalıq cəhdlərin sayını yoxlamaq üçün:

    *778*1#YES yığ;

    Chevir yaz, 778-ə göndər.

  • Qeydlər

    Qoşulma şərtləri:

    FULL 6 tarifinə yalnız yeni  öncədən ödənişli xətt abunəçiləri qoşula bilər. Qoşulmaq üçün ən yaxın Nar satış və xidmət mərkəzlərimizə müraciət edə bilərsən.

    Qiymətlər:

    Bonus bitdikdən sonra ölkədaxili zəngin dəqiqəsi 0.06 AZN, ölkədaxili SMS-in dəyəri 0.04 AZN, 1MB internet - 0.02 AZN təşkil edəcək. Abunə haqqı ödənilməyibsə ölkədaxili zəngin dəqiqəsi - 0.08 AZN, ölkədaxili SMS - 0.04 AZN, 1 MB internet - 0.20 AZN təşkil edir;

    Bütün qiymətlərə ƏDV daxildir.

    Bonuslarını yoxlamaq üçün:

    *777#20#YES yığ;

    Nar+ tətbiqinə və ya Hesabım bölümünə daxil ol.

    Bonuslar

    • Bonusların etibarlılıq müddəti 30 gündür və əgər balansda aylıq abunə haqqını ödəmək üçün kifayət qədər vəsait olmazsa qalıq bonuslar sıfırlanacaq;
    • FULL paketinin bonusları hər 30 gün ərzində yalnız bir dəfə yenilənə bilər.
    • FULL 6 paketindən hər hansı başqa bir tarifə keçid etdikdə bonuslar sıfırlanacaq;
    • FULL 9/14/19/29/39/49 paketlərindən birinə keçid etdikdə bonuslar sıfırlanmayacaq.

    Hesablama intervalı:

    • Zənglər üçün 60 saniyə;
    • İnternet üçün 64 KB-dır.

    Əlavə:

    FULL 6 paketindən FULL 9, 14, 19, 29, 39 və FULL 49 paketlərinə keçid pulsuzdur;

    FULL 6 paketindən digər Nar tarifinə keçid olduqda xidmət haqqı 1 AZN təşkil edəcək;

    Təqdim olunan qiymətlər və istənilən bonuslar qısa nömrələrə, həmçinin rominq zamanı zənglərə, SMS-lərə, hər hansı məzmun və ya yüksək ödəniş tələb edən premium servislərə (NarAir zamanı, SMS, yükləmələr) şamil olunmur.