Open live chat
banner background
16.02.2026
Banner image

eSIM Nədir və Necə İşləyir?

Texnologiya sürətlə inkişaf edir və artıq nömrə istifadə etmək üçün kiçik plastik kartlara ehtiyac qalmır. Son zamanlar tez-tez qarşımıza çıxan eSIM nədir sualının cavabı əslində çox sadədir: bu, telefonun daxilinə quraşdırılmış rəqəmsal sim kartdır. Fiziki kartı taxıb-çıxarmaq dövrü artıq geridə qalır və yerini tam rəqəmsal həllərə verir.

eSIM Kart Sənə Hansı Üstünlükləri Qazandırır?

Nar abunəçiləri üçün bu yenilik ünsiyyəti daha çevik edir. Nar eSIM xidmətindən yararlanmaq sənə bir neçə vacib üstünlük qazandırır: 

  • İkinci nömrə rahatlığı: Telefonunda bir fiziki slot olsa da, eSIM Nar texnologiyası sayəsində həm şəxsi, həm də iş nömrəni eyni cihazda aktiv saxlaya bilərsən.
  • Ekoloji yanaşma: plastik tullantıların azalmasına kömək edərək ekologiyanı qorumağa dəstək olur.

Cihazın eSIM Texnologiyasını Dəstəkləyir mi?

Telefonunun eSIM dəstəklədiyini öyrənmək üçün aşağıdakı addımları izləmək lazımdır:

iOS istifadəçiləri üçün:

1. "Tənzimləmələr" (Settings) bölməsinə daxil ol.

2. "Mobil rabitə" (Cellular/Mobile Data) hissəsini seç.

3. Əgər orada "eSIM əlavə et" (Add eSIM) düyməsini görürsənsə, cihazın bu texnologiyanı dəstəkləyir.

Android istifadəçiləri üçün:

1. "Tənzimləmələr" (Settings) menyusuna daxil ol.

2. "Bağlantılar" və ya "Şəbəkə və İnternet" bölməsini seç.

3. "SIM kart meneceri" və ya "Mobil şəbəkələr" hissəsinə bax. "eSIM əlavə et" və ya "Download a SIM instead" yazısını görmək kifayətdir. Həmçinin, telefonun yığım ekranında *#06# kodunu yığdıqda qarşına çıxan məlumatlar arasında "EID" nömrəsi varsa, cihazın rəqəmsal nömrələrə hazırdır.

eSIM-i Necə Aktivləşdirmək Olar?

Bu prosesi həyata keçirmək və aktivləşdirmək olduqca bəsitdir və cəmi bir neçə addım tələb edir:

  1. Cihazının bu funksiyanı dəstəklədiyindən əmin ol (tənzimləmələr bölməsindən yoxlaya bilərsən).
  2. Sənə yaxın olan Nar satış mərkəzinə yaxınlaşaraq və ya onlayn müraciət edərək eSIM sifariş et.
  3. Telefonunun tənzimləmələr bölməsindən "Mobil rabitə" hissəsinə daxil ol və təqdim olunan QR kodu skan et.
  4. Ekranda çıxan təlimatları izləyərək yeni nömrəni bir neçə saniyəyə aktivləşdir.

Bu texnologiya ilə həm iş, həm də şəxsi nömrəni eyni cihazda idarə etmək sənə böyük hərəkət azadlığı qazandıracaq.

Sən də köhnə sim kartlarla vidalaşıb rəqəmsal gələcəyə addım atmaq istəyirsən? Elə indi Nar satış nöqtələrinə yaxınlaş və ya rəsmi saytımız vasitəsilə Nar eSIM-ini əldə et və müasir rabitənin dadını çıxar!

Loading...