icon
banner background

Korporativ Sosial Məsuliyyət və Sponsorluq

Fəaliyyətimizin ayrılmaz tərkib hissəsi!
Korporativ Sosial Məsuliyyət və Sponsorluq

Korporativ Sosial Məsuliyyət və Sponsorluq

Sosial fəaliyyətimizlə insanlara həqiqi fayda verən perspektivli layihələr həyata keçirir, BMT Qlobal sazişinin bir üzvü kimi dayanıqlı inkişaf məqsədlərini əsas tutaraq cəmiyyətdə nəzərəçarpan və hərtərəfli dəyişikliklər yaradırıq.

Korporativ Sosial Məsuliyyət və sponsorluq strategiyamız

Fəaliyyət göstərdiyimiz cəmiyyətin ehtiyaclarını araşdırır və iqtisadi, sosial və ekoloji dayanıqlılıq arasında tarazlığı təmin etmək məqsədilə ölkə üçün mühüm əhəmiyyət kəsb edən sosial layihələrə müəlliflik edir, nəticəyönümlü, aktual, müsbət dəyişikliklərə gətirən layihələr həyata keçiririk. “Nar”ın uzunmüddətli KSM və sponsorluq layihələri üçün əsas istiqamətləri bunlardır:

  • Təhsil və inkişaf
  • Milli-mənəvi irs və vətənpərvərlik
  • Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası

Layihələrini “Nar” mobil operatoruna təqdim etmək istəyən təşkilatlar əlavə edilmiş faylı doldurmalı və onu [email protected] elektron ünvanına göndərməlidirlər.

Bu keçid vasitəsiylə sponsoru olduğumuz layihələrlə tanış ola bilərsiniz.

Layihələrimiz

Daha çox
Nar Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub
08.04.2026Nar Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

Sərfəli mobil operator Nar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İmkanlar hər kəs üçün” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir. Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində keçirilir.

Ətraflı
Narın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
18.03.2026Narın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

Narın dəstəyi ilə keçirilən “Breyn Rinq” intellektual yarışının 27-ci mövsümünə start verilir. Yeni mövsümdə ölkənin müxtəlif regionlarını və ali təhsil müəssisələrini təmsil edən komandalar biliklərini sınayacaq. Belə ki, 15 region və 10 universitetdən ümumilikdə 26 komanda iştirak edəcək. Yarışın yeni mövsümünün ilk buraxılışını 22 mart saat 17:00-da İctimai Televiziyada izləyə bilərsiniz.

Ətraflı
Nar peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı
12.03.2026Nar peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

Mobil operator Nar ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərə başladı. Narın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçirilən təlimlər seriyası, ilk olaraq, Azərbaycan Texniki Universitetində (AzTU) start götürdü.

Ətraflı
Loading...