Telesekretarı qoş

Telesekretarı qoş

Zəngi buraxdınsa, səsli mesaja qulaq as!

Daxil olan zəngə cavab verə bilməyəndə, sən onu "Səsli mesaj"a yönləndirə bilərsən. Bu xidmət sənə göndərilən səsli mesajları 24 saat ərzində saxlayır. Belə ki, zəng edən şəxs sənin sonradan qulaq asmağın üçün 60 saniyəyə qədər müddəti olan səsli mesaj qoya bilər.

Səsli mesaj xidmətinin necə qurulmasından asılı olaraq səsli mesaj haqqında bildiriş xüsusi işarə vasitəsi ilə mobil telefonun ekranına, mesaj kimi mobil telefona və ya elektron poçta göndərilə bilər. (Bunun üçün elektron poçt ünvanınız Nar Müştəri Xidmətləri Mərkəzində qeydə alınmalıdır).
Siz yalnız balansınızda vəsait olduğu zaman Səsli mesaj xidmətindən istifadə edə bilərsiniz.


 

  • Qeydlər
    • Siz istənilən zaman Səsli mesaj xidmətinə mobil telefonunuzdan zəng edə bilərsiniz.
    • Səsli mesaja qulaq asarkən Siz mesajı göndərən abunəçinin telefon nömrəsi, mesajın tarixi və vaxtı haqqında məlumat alacaqsınız.
    • Faks mesajına gəlincə, Sizə mesajı göndərən abunəçinin telefon nömrəsi, mesajın tarixi və vaxtı, səhifələrin sayı haqqında məlumat çatdırılacaq.
    • Əgər zəng edən abunəçi gizli nömrə xidmətindən istifadə edirsə və ya beynəlxalq xətdən zəng edirsə, mesaja qulaq asarkən Sizə abunəçinin telefon nömrəsi haqqında məlumat verilməyə bilər.
  • Qoşulma

    Səsli mesaj xidmətini aşağıdakı qaydada aktivləşdirə bilərsiniz:

    • "+vmail" yazıb 777 nömrəsinə SMS vasitəsilə göndərin;
    • 777 nömrəsinə zəng edin və Nar İnteraktiv Bələdçisinin təlimatlarına əməl edin;
    • Nar İnternet Bələdçisindən istifadə edin;
    • Nar Mərkəzlərinə müraciət edin.

    Səsli mesajdan istifadə etmək üçün siz ilk öncə zəngləri +994 70 200 07 07 nömrəsinə yönəltməlisiniz. Sonra mobil telefonunuzda 707 nömrəsini yığın və Nar İnteraktiv Səsli mesaj Bələdçisinin söylədiyi göstərişlərə əməl edin.

    İstəyinizdən asılı olaraq Səsli mesaj xidmətinin aşağıda göstərilən funksiyalarından birini aktivləşdirə bilərsiniz:

     Tam yönləndirilmə

    Aktivləşdirmə:  **21*{telefon nömrəsi}#yes
    Xidmətin statusunu yoxlama:  *#21#yes
    Xidmətin ləğv edilməsi: #21#yes

    Cavab olmadıqda zəngin yönləndirilməsi

    Aktivləşdirmə: **61*{telefon nömrəsi}#yes
    Xidmətin statusunu yoxlama:  *#61#yes
    Xidmətin ləğv edilməsi:  #61#yes

    Mobil telefon əhatə dairəsindən kənarda olduqda və ya söndürüldükdə zəngin yönləndirilməsi

    Aktivləşdirmə:  **62*{telefon nömrəsi}#yes
    Xidmətin statusunu yoxlama:  *#62#yes
    Xidmətin ləğv edilməsi: #62#yes

    Mobil telefon məşğul olduqda zəngin yönləndirilməsi

    Aktivləşdirmə: **67*{telefon nömrəsi}#yes
    Xidmətin statusunu yoxlama: *#67#yes
    Xidmətin ləğv edilməsi : #67#yes

    Xidmətin ləğv edilməsi

    Səsli mesaj xidmətinin ləğv edilməsi ödənişsizdir. Səsli mesaj xidmətini aşağıdakı qaydada ləğv edə bilərsiniz:

    • 777 nömrəsinə zəng edin və Nar İnteraktiv Bələdçisinin təlimatlarına əməl edin;
    • Şəxsi kabinetdən istifadə edin;
    • Nar Mərkəzlərinə müraciət edin.

    Səsli mesaj xidmətinin aktivləşdirilməsi ödənişsizdir. Səsli mesaj qutusuna yönləndirilən zəng istifadə etdiyiniz tarifin şərtlərinə uyğun olaraq şəbəkədaxili zəng kimi hesablanacaq.

Ən çox baxılanlar

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox