● Həftəlik sərfəli tariflər istifadəçilərə qısa müddətli, amma daha geniş balans təqdim edir. Məsələn, "Sərfəli 1.2 GB" paketi ilə 120 dəqiqə danışıq, 1.2 GB internet trafiki və 40 SMS göndərmək imkanı əldə etmək mümkündür. Həftəlik paketlər daha çox internetə və zəng dəqiqəsinə ehtiyacı olan, amma aylıq ödəniş öhdəliyinə girmək istəməyən abunəçilər üçün idealdır.
● Aylıq sərfəli tariflər, daimi internet və çoxlu danışıq dəqiqələrinə ehtiyacı olan abunəçilər üçün nəzərdə tutulub. Məsələn, "Sərfəli 25 GB" paketi 1500 dəqiqə zəng, 25 GB internet, 450 SMS və sosial şəbəkələr üçün əlavə trafik təqdim edir. Ən çox üstünlüyü olan tarif isə "Sərfəli 60 GB" paketidir. Burada 3500 dəqiqə, 60 GB internet, 1200 SMS, üstəlik rouminq və pulsuz WhatsApp imkanı var.
● Nar abunəçiləri üçün fərqli ehtiyaclara uyğun sərfəli tariflər mövcuddur. İstər gündəlik 300 MB internet və 30 dəqiqə zəng imkanı, istərsə də aylıq 60 GB internet və 3500 dəqiqə danışıq kimi geniş seçim imkanları var. Hər paketdə SMS, bəzi aylıq tariflərdə WhatsApp pulsuz istifadəsi və sosial şəbəkələr üçün əlavə trafik təqdim olunur.
● Gündəlik istifadəçilər üçün Nar sərfəli tarifləri olduqca səmərəli seçim hesab edilir. Məsələn, "Sərfəli gün" paketi ilə cəmi 0.77 AZN ödəyərək 30 dəqiqə zəng, 300 MB internet və 10 SMS əldə edə bilərsən. Bu seçim, gün ərzində balansına əlavə yük olmadan rahat ünsiyyət və internet istifadəsi imkanı yaradır. Günlük sərfəli tarifləri aktivləşdirmək üçün *777#751#YES yığa, S1 yazaraq 777-yə göndərə və ya Nar+ tətbiqinə daxil ola bilərsən.
● Sərfəli nar tariflərini aktivləşdirmək üçün ilk olaraq istədiyin paketi seçmək lazımdır. Bunun üçün Nar+ tətbiqi telefonunda olmalıdır. Digər bir üsul isə USSD kodlarıdır. Seçdiyin tarifə uyğun olan kodu yığaraq bu tariflərdən birini aktivləşdirə bilərsən. Kodları əldə etmək üçün eyni qaydada Nar+ tətbiqinə və ya rəsmi saytımızda təqdim edilən “Sərfəli tariflər” bölməsinə daxil olmaq lazımdır. Həmçinin, tarif balansını yoxlamaq və yeniləmək üçün də eyni üsullardan yararlanmaq mümkündür.
