icon
banner background

Korporativ Sosial Məsuliyyət və Sponsorluq

Fəaliyyətimizin ayrılmaz tərkib hissəsi!
Korporativ Sosial Məsuliyyət və Sponsorluq

Korporativ Sosial Məsuliyyət və Sponsorluq

Sosial fəaliyyətimizlə insanlara həqiqi fayda verən perspektivli layihələr həyata keçirir, BMT Qlobal sazişinin bir üzvü kimi dayanıqlı inkişaf məqsədlərini əsas tutaraq cəmiyyətdə nəzərəçarpan və hərtərəfli dəyişikliklər yaradırıq.

Korporativ Sosial Məsuliyyət və sponsorluq strategiyamız

Fəaliyyət göstərdiyimiz cəmiyyətin ehtiyaclarını araşdırır və iqtisadi, sosial və ekoloji dayanıqlılıq arasında tarazlığı təmin etmək məqsədilə ölkə üçün mühüm əhəmiyyət kəsb edən sosial layihələrə müəlliflik edir, nəticəyönümlü, aktual, müsbət dəyişikliklərə gətirən layihələr həyata keçiririk. “Nar”ın uzunmüddətli KSM və sponsorluq layihələri üçün əsas istiqamətləri bunlardır:

  • Təhsil və inkişaf
  • Milli-mənəvi irs və vətənpərvərlik
  • Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası

Layihələrini “Nar” mobil operatoruna təqdim etmək istəyən təşkilatlar əlavə edilmiş faylı doldurmalı və onu [email protected] elektron ünvanına göndərməlidirlər.

Bu keçid vasitəsiylə sponsoru olduğumuz layihələrlə tanış ola bilərsiniz.

Layihələrimiz

Daha çox
Nar inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
03.12.2025Nar inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

İnklüzivliyə dəstəyi ilə seçilən “Nar” 3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününü qeyd edir. Bu günə xüsusi önəm verən “Nar” cəmiyyətdə müxtəliflik, bərabərlik və inklüzivliyə dəstək missiyasını davam etdirir. Mobil operator 2025-ci ildə 10-a yaxın inklüziv sosial layihə həyata keçirib və bu təşəbbüslər vasitəsilə 500-dən çox şəxsi əhatə edib.

Gerçəkləşdirilən layihələr çərçivəsində iştirakçılar müxtəlif təlimlərə, sosial məşğələlərə, incəsənət və intellektual yönümlü fəaliyyətlərə cəlb olunub. İl ərzində keçirilən bütün fəaliyyətlər fiziki və emosional rifahın yaxşılaşdırılmasına, yeni sosial əlaqələrin formalaşmasına və inklüziv düşüncənin gücləndirilməsinə töhfə verib.

Ətraflı
Nar şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
14.11.2025Nar şagirdlər arasında oxu mədəniyyətini təşviq edir

Sərfəli xidmətləri və regionlara diqqəti ilə seçilən mobil operator Nar bu dəfə Azərbaycanın cənub bölgəsində sosial məsuliyyət layihəsi həyata keçirdi. Belə ki, Narın dəstəyi ilə Salyan rayonunun İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində “Kitab dostu” guşəsi yaradılıb.

Ətraflı
Nar Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi
07.11.2025Nar Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi

Nar ictimai fəallığı ilə seçilən 150 könüllü gənci Vətən müharibəsində qazanılan tarixi zəfərimizin 5-ci ildönümünə həsr olunan düşərgədə bir araya gətirib. Düşərgənin məqsədi gənclərə milli dəyərləri təbliğ etmək və onların bilik və bacarıqlarının formalaşmasına yönələn tədbirlərə dəstək vermək olub.

Ətraflı

Media ilə əlaqələr

Hörmətli jurnalistlər və bloqqerlər, media ilə bağlı sual və müraciətlərinizi göndərə bilərsiniz.
/media/uploads/icons/Icons_1_2TbP6Vs.svg
Bizə yazın[email protected]
Loading...
Mövzu*
Media ilə əlaqələr
  • Media ilə əlaqələr
Loading...