Balansını artır
Balansını artır
Bu şərtlər Azerfon tərəfindən təqdim edilən “Info AI” xidmətindən istifadə qaydalarını müəyyən edir. Xidmətə qoşulmaqla abunəçi aşağıdakı şərtlərlə razılaşmış hesab olunur.
1. Xidmətin təsviri
Info AI – süni intellekt əsaslı SMS xidmətidir və istifadəçilərə internet bağlantısı olmadan 7/24 xidmətdən istifadə imkanı yaradır. Xidmət avtomatlaşdırılmış sistem əsasında fəaliyyət göstərir və cavablar insan müdaxiləsi olmadan formalaşdırılır.
2. Süni intellekt cavabları ilə bağlı şərtlər
2.1. AI xidməti tərəfindən təqdim edilən cavablar avtomatik olaraq süni intellekt texnologiyaları əsasında formalaşdırılır və yalnız ümumi məlumat xarakteri daşıyır. Bu cavablar hüquqi, tibbi, maliyyə və ya digər peşəkar məsləhət kimi nəzərdə tutulmur və belə məsləhəti əvəz etmir.
2.2. “Azerfon” MMC süni intellekt tərəfindən yaradılan məzmunun düzgünlüyünə, dəqiqliyinə, aktuallığına və ya tamlığına zəmanət vermir. Süni intellekt tərəfindən formalaşdırılan cavablar “Azerfon” MMC-nin rəsmi mövqeyi kimi qiymətləndirilməməlidir.
2.3. İstifadəçi təqdim edilən məlumatlara əsaslanaraq qəbul etdiyi qərarlara və onların nəticələrinə görə tam məsuliyyət daşıyır.
3. Risklər və Məhdudiyyətlər
3.1. Süni intellekt texnologiyası müəyyən hallarda qeyri-dəqiq, natamam və ya kontekstə uyğun olmayan cavablar təqdim edə bilər.
3.2. Xidmətin fasiləsiz və ya xətasız fəaliyyət göstərəcəyinə dair zəmanət verilmir. Texniki nasazlıqlar, şəbəkə problemləri və ya üçüncü tərəf platformalarından asılılıq səbəbilə xidmət müvəqqəti olaraq əlçatmaz ola bilər.
3.3. Xidmət “olduğu kimi” (“as is”) prinsipi əsasında təqdim olunur.
3.4. “Azerfon” MMC Info AI vasitəsilə təqdim edilən məzmunun istifadəsi nəticəsində yarana biləcək birbaşa və ya dolayı zərərlərə görə məsuliyyət daşımır.
3.5. Xidmətdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə zidd məqsədlərlə, habelə təhqiredici, böhtan xarakterli, ayrı-seçkilik yaradan, zorakılığı təşviq edən, nifrət nitqi ehtiva edən, ictimai qaydanı pozan və ya üçüncü şəxslərin hüquq və qanuni maraqlarını pozan məzmunun yaradılması, yayılması və ya təşviqi məqsədilə istifadə edilməsi qadağandır. Qaydaların pozulması halında xidmət müvəqqəti və ya daimi dayandırıla bilər.
4. Məlumatların emalı
4.1. Xidmət çərçivəsində göndərilən SMS-lər xidmət keyfiyyətinin artırılması, təhlükəsizlik və sui-istifadə hallarının qarşısının alınması məqsədilə avtomatik şəkildə emal oluna bilər.
4.2. Fərdi məlumatların emalı Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” qanununa uyğun həyata keçirilir.
5. Qanunvericilik və Yurisdiksiya
5.1. Bu İstifadə Şərtləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmişdir.
5.2. Bu şərtlərdən irəli gələn və ya onunla bağlı yaranan bütün mübahisələrə yalnız Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən baxılır.
6. Şərtlərin Dəyişdirilməsi
6.1. “Azerfon” MMC hüquqi, texniki, kommersiya və ya xidmətin inkişafı ilə bağlı səbəblərə görə bu İstifadə Şərtlərini istənilən vaxt və birtərəfli qaydada dəyişdirmək hüququna malikdir.
6.2. İstifadəçi xidmətə qoşulmaqla bu İstifadə Şərtlərinin hazırkı redaksiyası ilə tam tanış olduğunu və onlara açıq şəkildə razılıq verdiyini təsdiq edir.
6.3. Dəyişikliklər barədə məlumat istifadəçilərə SMS vasitəsilə və/və ya Azerfon-in rəsmi veb-saytı üzərindən təqdim oluna bilər. Yenilənmiş şərtlər dərc edildiyi andan qüvvəyə minir.
6.4. Dəyişikliklərdən sonra xidmətdən istifadənin davam etdirilməsi yenilənmiş şərtlərlə razılıq kimi qiymətləndirilir.


