Call signature
Call signature

“İmzalı Zəng”

“İmzalı Zəng” xidmətinə qoşulun və zənginizi daha əyləncəli edin.
“İmzalı Zəng” xidməti ilə istənilən nömrəyə zəng etdiyiniz zaman zəngi qəbul edən şəxs nömrənizdən əlavə özünüz üçün təyin etdiyiniz imzanı da görəcək. İmzanızda əhvalınızı, fikirlərinizi və ya zəng etdiyiniz şəxsə mesajınızı qeyd edə bilərsiniz.
  • Qiymətlər

    Bütün danışıqlar abunəçinin cari tarif planına uyğun hesablanır.

    Fakturasız xətt abunəçiləri üçün hər “İmzalı Zəng”  üçün hesablama aşağıdakı cədvəldə göstərildiyi kimi aparılır:

    Xidmət Xidmət haqqı (AZN)*
    “İmzalı Zəng”   0.10
    İmzanı dəyişmək 0.10
  • Qoşulma

    İmza olaraq görmək istədiyiniz mətni SMS-lə 5111 qısa nömrəsinə göndərin. Təsdiq mesajı aldıqdan sonra xidmətdən istifadə edə bilərsiniz.

    İmzanızı təyin etdiyinizdən sonra xidmətdən 3 gün pulsuz istifadə edə bilərsiniz. Cari imzanız “Salam” . Dəyişmək üçün imzanızı yazıb 5511-ə göndərin

    İmzanızı göstərmək üçün zəng edəcəyiniz nömrənin əvvəlində *5* prefiksini yığın. Nümunə: *5*0701234567.

  • Qeydlər
    • *Qiymətlərə ƏDV daxildir
    • Bu xidmətdən ölkədaxili bütün mobil operatorların abonentlərinə zəng etdikdə yararlana bilərsiniz.
    • İmza minimum 5, maksimum 100 simvoldan ibarət ola bilər. Abunəçi təyin etdiyi imzaya görə bütün məsuliyyəti öz üzərinə götürür.
    • Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün infoimza açar sözü 5111-ə göndərilməlidir.
    • Cari imzanı öyrənmək üçün imza açar sözü 5111-ə göndərilməlidir.
    • İmzalı Zəng” xidmətindən imtina etmək üçün 5111-ə stopimza açar sözü göndərilməlidir.
    • "İmzalı zəng" zamanı bütün danışıqlar abunəçinin cari tarif planına uyğun hesablanır.